Metalsız keramika
(50) 326-31-51 | ||
sizin@stomatoloq.az |
Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növ ola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid və sirkon-dioksid əsaslı. Metalsız qapaqların əsas üstün cəhətləri bunlardır:
- Son dərəcə yüksək estetik keyfiyyətlərə malikdirlər – görünüş, rəng, şəffaflıq və parlaqlıq nöqteyi-nəzərindən təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Bunun üçün də qabaq dişlərin bərpasında ideal nəticələr əldə edilir;
- Bioloji uyğunluqları yüksəkdir – tamamən ətalətli və qeyri toksik kimyasal tərkibi ilə həm sərt, həm də yumşaq toxumalara qətiyyən heç bir təsir göstərmirlər.
Ən çox istifadə olunan və keyfiyyətini çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü sirkon-dioksid əsaslı qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə yüksəkdir.
Yazının davamında sirkon-dioksid əsaslı estetik restavrasiya hazırlanma mərhələləri və yekün nəticə göstərilib.
Müalicəyə başlamadan əvvəlki vəziyyət – üst qabaq dişlərdə çox da estetik olmayan və periodontal problemlər yaradan metal-keramika qapaqları mövcuddur.
Köhnə qapaqlar (koronkalar) çıxarıldı, lazım olan müalicə və bərpa proseduraları aparıldı, dişlər metalsız restavrasiyaya uyğun preparasiya edildi. Ölçülər alındı və laboratoriyaya göndərildi. Müvəqqəti qapaqlar hazırlandı və yapışdırıldı.
Laboratoriyada Degudent (Almaniya) firmasının Cercon Smart Ceramics xüsusi CAD/CAM avadanlığı vasitəsilə sirkon-dioksid özül hazırlandı.
Özül pasiyentlərin dişləri üstündə yoxlanıldı. Tam fiziolojiik uyğunluq və struktur dəqiqliyi təmin edildi.
Növbəti mərhələdə, Duceram KISS (Degudent, Almaniya) estetik farfor materialı istifadə olunaraq, sirkon-dioksid özülün üstü, pasiyentin diş formasına və rənginə uyğun olaraq hazırlandı.
Diş texniki Aziz Yalım (“Kapadokya Dental” diş laboratoriyası).
Hazırlanmış qapaqlar ağızda yoxlanıldı, dişləm korreksiya edildi, yumşaq toxuma təması nəzərdən keçirildi. Pasiyentlə birgə lazım olan estetik düzəlişlər edildi.
Nəticədə son dərəcə gözəl, qüsursuz və keyfiyyətli sirkon qapaqlar hazırlandı.
Bizim tərəfimizdən həyata keçirilən bir neçə estetik müalicə nümünəsi:
(50) 326-31-51 | |
sizin@stomatoloq.az |
291 комментарий
Şərh yazın
Yüklənir...
Səbinə xanım,
Müalicənin növü dişlərin vəziyyətindən və sizin arzunuzdan asılıdır. Rentqen və müayinə olmadan nəisə demək çətindir.
Numaraniz lazim.bakude dis kontrolu istirem
Selim bey,
Numaramız: +994503263151
Salam zehmet olmasa metal-keramika ve metalsiz keramikanin qiymetini deyerdizde
Salam həkim. Mənim arxa dişlərimdə kariyes var. Kariyes nəticəsində dişlərim qırıldır və içi ovulub boşdu. Dişlər çəkilməli vəziyyətdədi. Belə halda boş qalan yerə diş düzəltdirmək olarmı ??
Salam hekim bir vinirin qiymeti sizde neceyedi.cox sagolun
breket xidmetleri var?
Xatirə xanım,
Bəli, var.
Salam Hekim
Implant dediyiniz diwin ekilmesi neceye bawa gelir? yeni agrisiz filan bir diw neceye bawa gelir ??? zehmet olmasa kankret cavab yazin …
Ramil bəy,
İlkin vəziyyətdən, heləcədə implant və qapaq növü və materialından asılı olaraq 1 ədəd implantasiya (qapaq daxil) 1500-1700-2000 AZN-dır.
Salam Həkim.
Breket işi bitdikdən sonra kappa prosesi var. Bir kappa neçəyədir?