13 мая 2009, Среда

Ağrıkəsici dərmanlar

Stomatoloqa müraciət edən insanların əksəriyyəti ağrı problemi ilə üzləşdikləri üçün, ən çox verilən suallardan biri də ən tez və ən güclü təsir edən ağrıkəsici dərmanlar haqqındadır.

Ümumiyyətlə diş ağrısını ən tez kəsən dərman — stomatoloqdur.
Təəssüflər olsun ki, içilən dərmanların təsir etməyə başlaması müddəti 1-2 saatdan tez deyil. Yanı hər hansı bir dərman udulandan sonra ancaq 1-2 saat sonra ağrıkəsici effekti başlayır, çünki dərman mədədə əriməlidir, daha sonra bağırsağa keçməlidir və orda həzm olub qan dövranına qatılmalıdır. Təbii ki, bu da vaxt alıcı prosesdir. Amma hal-hazırda təz əriyən həblər (rapid) istehsal olunur, bunlar arasında həmçinin ağrıkəsicilər də var.
İnyeksiya şəkilində verilən dərmanlar bundan çox daha tez təsir edir, amma onların istifadə edilməsində bəzi məhdudiyyətlər var.

Ağrının azaldılması üçün problemli dişin təmizlənməsi, soyuq və ya isti təsirindən uzaq tutulması məsləhətdir. Və əlbəttə ki, ən yaxşısı həkimə müraciət etməkdir.

İstifadə oluna biləcək tez təsirli ağrıkəsici dərmanlar:

  • Xefocam Rapid (başqa adı Лорноксикам Рапид) — təsir etməyə başlama müddəti çox qısadır, təsir gücü də pis deyil. Amma bizim apteklərdə tapmaq çətindir.
  • Voltaren Rapid — toz şəkilində bir dərmandır, suda əridilərək içilir. Əridilmiş halda olduğu üçün təsir etmə vaxtı adi dərmanlara görə qısadir.
  • Rapten Rapid — standart diklofenak tərkibli bu həblərində təsir etməsi digərləri görə bir az tezdir.
  • Felden Flash — dilin altına qoyulub əmilən bu həblərin təsir etməyə başlama vaxtı çox qısadır və diş ağrılarında çox yaxşı effekt verir. Bizim apteklərdə tapmaq həddindən artıq çətindir.

ADLARI ÇƏKİLƏN DƏRMANLARI QƏBUL ETMƏKDƏN ƏVVƏL MÜTLƏQ HƏKİMLƏ MƏSLƏHƏTLƏŞİN.
ПЕРЕД ПРИМЕНЕНИЕМ ВЫШЕ НАЗВАННЫХ ЛЕКАРСТВ ОБЯЗАТЕЛЬНО ПРОКОНСУЛЬТИРУЙТЕСЬ С ВРАЧОМ.


17 комментариев


  1. Bir Yazar -

    Salam, həkim.
    Xeyli çürümüş dişin üstündən qapaq düzəltdirmək düzgünmü? Həkim nə qədər təmizləsə də, qaralan yerlər qalmış.
    Faydalı məsləhətləriniz üçün təşəkkür edirəm.


  2. Dr. FZ -

    keramika implant implantasiyaSəkinə xanım,
    Çox çürümüş dişlər əvvəlcə mütləq müalicə edilib, daha sonra qapaq ilə örtülməlidir. Əks halda ciddi fəsadlar ola bilər.


  3. Aysun -

    azca çürümüş dişimə blom qoyuldu , bir ildə həmin blom töküldü və çürüə sağ və soldakı dişə də keçdi.. hər hün azı bir dəfə dişlərim fırçalanır.. necə müalicə gərəklidir dilərim üçün?


  4. Dr. FZ -

    blom blomb plom plomb plomba blombaAysun xanım,
    İlk önce problemli dişlərinizin rentqeni çəkilməlidir və müayinə olunmalıdır. Konkret problemdən asılı olaraq müxtəlif müalicə metodları tedbiq oluna bilər. Gördədən nəisə demək mümkün deyil.


  5. sevinc -

    Salam hekim.damaqlarimi mualice etmek isdeyirem.hansi dermanlarla ede bilerem?birdefe etdirmisem 10gun mualice etdirdim.2il evvel tam kecdi.indi yene damaqlarimda wiwme ve aqrilar olur.


  6. Dr. FZ -

    damaq müalicəsi dərmanSevinc xanım,
    Вфьфйдфкжт konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq bundan sonra müalicənin növü haqqında dəqiq məlumat verə bilərik.


  7. Zeynallı Məhsəti -

    Salam həkim mənim dişim ağrıyır yuxarı vampir dişim əlplidi ancaq onun altındakı dişim sapasağlam ağ dişdir 2 sidə ağrıyır gecə 3 dən oyaqam bir çarə tapa bilməmişik bu dərmanlardan hansını istifadə eeə bilərəm? Xahiş edirəm cavab yazın


  8. Dr. FZ -

    ağrı agriyir agrısı dişlər diw dish dişMəhsəti xanım,
    Ağrıkəsici dərmanlar dişləri müalicə etməzlər. Problemin nə olduğunu, ağrının səbəbini bilmək və ortadan qaldırmaq lazımdır. Bunu da ancaq stomatoloq edə bilər. Bunun üçün də həkimə müraciət etməyiniz lazımdır.


  9. Ulker -

    Salam həkim,
    muveqqeti blomb qoyulub dişime, ancaq agri verir indi, neyle elaqeli ola biler? Yüngül dozalı hansi agrikesicileri meslehet görərdiz?


  10. Dr. FZ -

    müvəqqəti plomb dərman muvegeti blomÜlkər xanım,
    Dişinizdə olan problemin növünə görə daha yaxşı təsir edən ağrıkəsici dərman seçilməlidir. Və bunu ən doğru şəkildə ancaq müalicəni aparan həkim edə bilər. Həkiminizə müraciət edin.


  11. Məleykə -

    Salam həkim.
    Qapaq altında olan dişlərin sağlam qalması üçün ev şəraitində necə müalicə etmək olar.


  12. Dr. FZ -

    msağlam diş saglam dishMəleykə xanım,
    Qapaq altındakı dişlərin sağlamlığını qorumaq üçün ağız gigiyenasının yaxşı oması şərtdir. Dişlər fırçalanmalıdır, qapaqların arası xüsusi diş sapları və ya dişarası fırçalar ilə mütəmadi təmizlənməlidir. Bəzi hallarda gigiyenik qarqaralardan istifadə edilməsi yaxşı nəticə verir.
    Yox əğər qapaqların altında problemlər varsa, o zaman üzünz heçnə edə bilməzsiniz. Həkimə müraciət etməyiniz lazımdır.


  13. Orxan -

    Salam Həkim.
    Mənim üst dişim irinlədi lakin çəkilmədi toxunanda daş kimi olub. Onu təmizləmək mümkündür?


  14. Dr. FZ -

    diş şiş ağrıOrxan bəy,
    Belə halda ciddi fəsadlar ola bilər. Bunu üçün də təcili həkim müayinəsi və rentgenə ehtiyac var.


  15. Ruhim -

    Salam həkim mənim bir neçə dişlərimi həkimim rentgen etmədən kəçdi dedi bu dişləri düzəltsəm uzağı 2-3ay gedər o dişlərdən birinin yarısı təmiz çürüyüb qaralıb,birinin də qaralmışı vardı içindən ətdə çıxmışdı və biridə ağıl dişi idi zəhmət olmasa sinidə fikirinizi bilmək istəyərdim


  16. Dr. FZ -

    Ruhim xanım,
    Dişlərin vəziyyətini görmədən, rentgen olunmadan bizim bu haqda nəisə deməyimiz mümkün deyil.


  17. Murad -

    Salam Hekim .
    Menim dişime blom qoyuldu sora blomu duşdü ve 1 terefide qirildi ve o biri disimde ujey curuyur ve agri verir bilmirem blom diwimdi ya o biri nimesil ve ya soyuq suya duz qatib iciren kesir 3 4 saatliq sora tezeden avri verir


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...