Hər il təşkil olunan Səhiyyə Sərgisi çərçivəsində artıq 4-cü dəfədir ki Stomatologiya Sərgisi də keçirilir. Keçən il bu sərgi haqqında yazmışdım və hətta belə bir proqnoz da irəli sürmüşdüm ki, gələn ilki sərgi (yanı 2009) daha da zəif olacaq. Təəssüflər olsun ki, belə də oldu.
Sərgini ziyarət edənlərin sayı kifayət qədər çox olsa da, iştirakçı şirkətlərin sayı, təqdimatların sayı, ümumiyyətlə sərgilənən məhsulların sayı ildən ilə azalır. Qəribə bir vəziyyətdir. Tibb sahəsi inkişaf edir, yeni klinikalar, xəstəxanalar çoxalır, səhiyyə sahəsində işləyən şirkətlərin sayı gündən günə artır, yeni texnologiyalar, yeni avadanlıq, yeni preparatlar gətirilir, amma ölkənin yeganə tibb sərgisində (həm də ildə sadəcə bir dəfə keçirilən sərgisində) heç kim iştirak etmək istəmir. İştirak edənlər də bunu sərgi kimi yox, bir satış yarmarkası kimi gəbul edirlər və ancaq bu məntiqlə hərəkət edirlər.
Əslində bu ilki sərgidən heç yazmağa dəyməzdi, amma VitaStom şirkətinin ilk dəfə sərgidə canlı əməliyyat nümayiş etdirməsi, bunun üçün xüsusi, yüksək səviyyəli texniki avadanlıqla tərtib edilmiş stend qurması təqdirə layiqdir və bu haqda yazmağa dəyər.
Dr. Afa Ağazadənin sərgi iştirakçılarına canlı implantasiya əməliyyatı təqdim etməsi bəlkə də bu sərginin ən maraqlı və ən yadda qalan məqamı idi. Sözün düzü bu yenilikdən başqa üç gün ərzində keçirilən sərgidə maraqlı heç nə olmadı.
Davamı »
Bir az da olsa özünüzü stomatoloq kimi hiss etmək istəyənlər üçün, Dr. Glenn Martinin təqdim etdiyi çox gözəl və həqiqətən maraqlı Dental Adventure oyununu məsləhət görə bilərik.
Davamı »
Azərbaycan Ortodontlar Dərnəyinin saytında elan olunmuş seminarda əlliyə yaxın stomatoloq iştirak etdi. ÖSFMOA dəstəyi ilə Dr. Zaur Zeynalov tərəfindən təşkil olunan seminar Xəzər Universitetinin zalında keçirildi. Mövzunun qeyri adi olmasına baxmayaraq, bu seminar çox uğurlu keçdi.
Davamı »
Bir necə aydır Twitter istifadə edirəm.
Twitter (ingiliscə «twit» sözünün lüğət mənası «civildəmək, cikkildəmək, cəh-cəh» olsa da, əsl mənası «laqqırtı» və ya «çərənləmək» dir) — qısa (uzunluğu ancaq 140 simvol olan) mətn bildirişlərinin dərc edildiyi mikrobloqinq və sosial şəbəkə sistemidir. 2006-cı ildə açılan bu şəbəkənin hal-hazırda 5 milyona yaxın üzvü var və hər ay bu saytın 60 milyondan çox ziyarətçisi olur.
Bu müddət ərzində 160-dan çox yazı yazsam da, bunlardan sadəcə az bir qismi həqiqətən maraqlı və dəyərlidir. Twitter-dən istifadə etməyənlər üçün bu yazıların bəzilərini burda təkrarlamaq istəyirəm.
Davamı »
Tanış diş həkimləri və tələbələr məndə stomatologiyaya aid çox sayda kitab, CD və jurnal olduğunu bildikləri üçün, bəzən onları məndən oxumaq üçün alırlar. Daha doğrusu alırdılar, çünki son vaxtlar heç bir kitabı və ya jurnalı heç kimə verməməyi qərara aldım. Səbəbi də çox sadədir – alınan kitablar və məcmular geri qaytarılmır. Nəzərə alsaq ki, Azərbaycanda onların eynisini tapmaq mümkün deyil, necə böyük itki ilə üzləşdiyimiz anlaşılacaq.
Əslində indi özüm də peşəmə aid təzə kitab və jurnal almıram. Əksər hallarda bütün lazım olan (və olmayan) məlumatı, xəbərləri və məqalələri elektron formatda əldə edirəm. Təəssüflər olsun ki, azərbaycanca stomatologiyaya aid təzə və maraqlı məlumat, elmi məqalələr və dərsliklər tapmaq qeyri mümkündür. Ehtiyacımız olan nəşrləri ya ingiliscə, ya rusca, ya da türkcə mənbələrdən tapırıq.
Kompüterimin yaddaşında toplanan çox sayda nəşrləri burda sərbəst yüklənmək üçün təqdim edəcəyəm. Misal üçün:
|
Dental Tribune The World’s Dental Newspaper, Turkish Edition
Türkcə, No.2/2009 (Mart-Nisan 2009, Cilt:6 Sayı:2) — 2,85 Mb (PDF)
|
|
Dental Tribune The World’s Dental Newspaper, Russian Edition
Rusca, No.3, 2009 (Июнь 2009, №3, Том 8 ) — 4,22 Mb (PDF)
|
|
Dental Tribune The World’s Dental Newspaper, U.S. Edition
İngiliscə, No.11, 2009 (May 2009, Vol.4, Nos.11&12) — 8,63 Mb (PDF)
|
|
Roots The International Magazine of Endodontics
İngiliscə, No.1, 2009 (Vol.5, Issue 1/2009) — 6,98 Mb (PDF)
|
|
Cosmetic Dentistry Beauty & Science
İngiliscə, No.2, 2009 (Vol.3, Issue 2/2009) — 5,07 Mb (PDF)
|
Bu gün Salih Nebi Kaya adlı balanın kirvəsi oldum.