Növbəti seminar

17 декабря 2009

20 dekabr 2009-cu il saat 10:00-da Xəzər Universitetinin Bəşir Səfəroqlu küçəsi 122 ünvanında yerləşən binasın akt zalında, Azərbaycan Ortodontlar Dərnəyi tərəfindən təşkil olunan «Retensiya olunmuş dişlərin müayinəsi və müalicəsi» mövzusunda elmi-praktiki seminar keçiriləcək.
Bütün stomatoloqlar dəvət olunur. İştirak pulsuzdur.

Metalsız keramika

14 декабря 2009
telefon (50) 326-31-51
Email sizin@stomatoloq.az

Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növ ola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid və sirkon-dioksid əsaslı. Metalsız qapaqların əsas üstün cəhətləri bunlardır:

  • Son dərəcə yüksək estetik keyfiyyətlərə malikdirlər – görünüş, rəng, şəffaflıq və parlaqlıq nöqteyi-nəzərindən təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Bunun üçün də qabaq dişlərin bərpasında ideal nəticələr əldə edilir;
  • Bioloji uyğunluqları yüksəkdir – tamamən ətalətli və qeyri toksik kimyasal tərkibi ilə həm sərt, həm də yumşaq toxumalara qətiyyən heç bir təsir göstərmirlər.

Ən çox istifadə olunan və keyfiyyətini çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü sirkon-dioksid əsaslı qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə yüksəkdir.
Yazının davamında sirkon-dioksid əsaslı estetik restavrasiya hazırlanma mərhələləri və yekün nəticə göstərilib.

Davamı »

Təzələmələr

11 декабря 2009

Bloqun bəzi köhnə yazılarında dəyişmələr və əlavələr edildi.

  • Beşmərtəbə” yazısında çox sayda yeni şəkil və maraqlı məlumat əlavə olundu, bəzi dəqiqləşdirmələr aparıldı. Bu yazıya olan şərhlər də çox maraqlıdır.
  • Профилактика гриппа A(H1N1)” yazısına da çox sayda təzə məlumat əlavə olundu. Şərhlərdə mövzu ilə əlaqəli bəzi suallara cavab verildi.
  • Bir həkim oxucumuzun göndərdiyi linklər əsasında “Dental Adventure və sair…” yazısına 9 yeni oyun əlavə edildi.
  • Ağrıkəsici dərmanlar” yazısında bəzi xırda düzəlişlər oldu.

Ayrıca bloqda bəzi texniki dəyişikliklər oldu.

  • Əsas odur ki, WordPress-in ən yeni, 2.8.6. versiyası quruldu.
    WP Super Cache” plugini əlavə edildi və bloqun açılma sürəti əhəmiyyətli dərəcədə azaldıldı.
  • Serverdə ZLIB sıxışdırma funksiyasını (zlib output compression) istifadə edərək, bloq səhifələrinin bu funksiyanı dəstəkləyən səyyah proqramlarda daha tez yüklənməsi təmin olundu.
  • WP AntiVirus” plugini vasitəsilə bloqun bütün faylları mütəmadi olaraq yoxlanılır və təhlükəsizlik təmin edilir.
  • Bloq yazılarını nüsxələnmədən qorumaq və axtarış sistemlərində indeksləşməsini təkmilləşdirmək üçün “Canonical URL’s” plugini vasitəsilə yeni canonical funksiyası əlavə olundu.

Xaş və Ləkit məbədi

6 декабря 2009

1200 il boyunca Qafqaz Albaniyası kimi mövcud olan (m.ö. IV əsr – m.s. VIII əsr) və 1836-cı ilə qədər fəaliyyətdə olan Alban Həvvari Kilisəsi (Alban Katolikosluğu) ilə var olan qədim alban mədəniyyətinin 700 illik dövrü xristianlıqdan öncəki dövrü əhatə edir. Bu dövrdə mövhum inanclar, oda və müxtəlif səma cisimlərinə sitayiş və əsasən də Yunan və Roma ilahlarına sitayiş çox geniş yayılmışdı.
Əksər alban tayfalarının çox hörmətlə yanaşdığı və xüsusi ehtiramla sitayiş etdiyi Ay Tanrıçası idi. Qafqaz Albaniyasının müxtəlif yerlərində yunan mifologiyasında Selena kimi tanınan Ay Tanrıçası şərəfinə məbədlər və qurbangahlar tikilmişdi. Bu məbədlərdən ən məşhuru tarixi ədəbiyyatda “Ay ilahəsi məbədi” kimi tanınır. Strabon və digər tarixçilərin var olduğu haqqında məlumat vermələrinə baxmayaraq, təəssüflər olsun ki bu məbədin harada olduğu və necə olması haqqında dəqiq məlumat yoxdur. Daha sonra, xristianlığın yayılması ilə bu məbədlər kilsələrə çevrildi, amma bəzi adət və ənənələr indiyə kimi qorunub saxlanılıb.

Ləkit məbədi Bir ehtimala görə indiki Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən və digər alban kilsələrindən dairəvi şəkildə inşa edilməsi ilə fərqlənən (alban kilsələri ümumiyyətlə dördkünc planda inşa ediliblər) Ləkit məbədi yerində daha əvvəl məs Ay İlahəsi məbədi olub. Aya oxşar dairə şəkilində olması və səmaya doğru ucaldılan 4 mərtəbəli olması bu ehtimalları doğruldur.

Alban dilində ay sözünün tərcüməsi “xaş”-dır. Ay ilahəsinə də Xaş deyirdilər, onun şərəfinə ucaldılan ibadətgah və qurbangahlara da Xaş deyirdilər. Hər dəfə səmada Xaş görünəndə, axşam vaxtı qurban kəsilərdi və bütün gecəni Xaş işığı altında, Xaşın qürubuna qədər, bu qurbanlar bişirilərdi. Və Xaş məbədində Xaş tanrısının şərəfinə bişirilən bu müqəddəs yemək günümüzdə “xaş” adı ilə tanınır və sevilir.
Gördüyünüz kimi xaşın axşamdan səhərə kimi bişirilmə ənənəsi öz mistik və dini mənasını itirsə də, indiyə qədər qorunub saxlanılıb. Məs dini əsaslara görə xaş ancaq səhər yeyilir (ay batandan sonra), xaş məclisində xanımlar iştirak etməz (axı kahinlər ancaq kişilər idi) və söhbət, musiqi və əyləncə olmaz (dini mərasim ciddi işdir) və xaş aya oxşar kasədən yeyilir.

xaş хаш

Yolunuz Qax rayonuna düşsə, Ləkit məbədini ziyarət edin və Xaş ilahəsinə ehtiramınızı bildirin. Ən azından ona görə ki, 2000 ildən çoxdur ki bizə belə gözəl bir yeməyin dadını bəxş edir.

#4

4 декабря 2009

Əvvəlki yazılarımda (1, 2, 3) stomatologiyada iyatrojenik səhvlərin bir necə nümunəsini təqdim etmişdim. Amma bəzi hallarda pasiyentlərin həkimin məsləhətinə diqqət etməməsi nəticəsində də ciddi problemlər ortaya çıxa bilər.

disin rentqeniÜst sağ birinci premolyarında (14) ağrı şikayəti ilə müraciət edən pasiyentə, dişin təcili müalicə olunması təklif olunsa da, pasiyent “Mənim dişlərin sağlamdır, heç bir şey olmaz” deyərək müalicədən imtina etdi. Buna baxmayaraq problemin mahiyyəti və dişin sonrakı aqibəti haqqında pasiyentə geniş məlumat verildi, aparılacaq müalicə izah edildi və müalicənin aparılmadığı halında dişin çəkilmə riskinin yüksək olduğu dəfələrlə təkid edildi. Ancaq təəssüflər olsun ki, bütün nəsihətlərimiz nəticəsiz qaldı.

stomatolojiBir müddət sonra yenidən bizə şiddətli ağrı, üzün sağ üst nahiyəsində qırmızılıq və şişkinlik, dişin tərpənməsi və qızdırma ilə müraciət edən pasiyent, bu dəfə dişin müalicə olunmasını xahiş etdi. Amma xroniki periodontit və periapikal abses diaqnozu qoyularaq dişin müalicə edilməsinin mümkün olmadığı və bu dişin sadəcə çəkilməsinin mümkün olduğu aşkar olundu.

Beləcə pasiyentin vaxtında müalicəyə razılıq verməməsi, dişin itirilməsi ilə nəticələndi.

Qeyri adi pasiyent

26 ноября 2009

dental x-ray

  1. sırğalar
  2. burunda pirsinq
  3. dildə pirsinq

Bundan başqa göbəkdə və qaşda da pirsinq var, amma təbii ki, onlar bu rentgendə görünmürlər. Və ən maraqlısı da odur ki, pasiyentin 48 yaşı var.