2001-ci ildə Dr. Zaur Zeynalov WEOC Beynəlxalq Konqresində iştirak etmək üçün Cənubi Koreyanın paytaxtı Seula getmişdi və orda təşkil olunan stomatoloji sərgidən dişlər üçün xüsusi bəzəklər almışdı. O vaxtdan bəri mən Akemi markalı müxtəlif bəzəklərini əsasən cavan qızların dişlərinə tətbiq edirik. Bu bəzəklər brilyant, topaz, sirkon, qızıl, ağ qızıl və bunların kombinasiyalarından hazırlanıb və müxtəlif şəkillərdədirlər (yandakı şəklə tığlayaraq böyük şəkildə ətraflı baxa bilərsiniz). Amma pasiyentlər tərəfindən ən çox istənilər sadə sirkoniyum əsaslı büllur kristallardır. Bunlar da fərqli ölçülərdə və rənglərdədirlər.
Avropa və Amerikada çox populyar olan və «teeth jewellery» adı verilən bu bəzəklərin bəzi nümunələrinə yazının davamında baxa bilərsiniz: Davamı »
Azərbaycanda heç bilmədiyimiz, görmədiyimiz o qədər çox gözəl yerlər var ki. Bunlardan bəziləri haqqında məlumat vermək istəyirəm. Şəkillə böyüdərək baxa bilərsiniz.
Bakıdan cəmi 55 km. uzaqlıqda, Qaradağ rayonunda, qəribə bir yer var — Çeyildağ. Sanki başqa bir planetdir bura, qeyri adi mənzərisi, palçıq bulaqları, qurumuş ölü torpaq.
Əslində belə yerlər Qobustan ətrafında çoxdur, amma təsüflər olsun ki, bunlar haqda bizdə çox az məlumat mənbəyi var. Turistlər üçün isə heç yoxdur.
Quba dağlarında hələ qeyri-adi yerlər var ki, bəlkə də dünyanın ən məhşur qiş kurortlarında belə yerlər yoxdur. Misal üçün bu şəkildə gördüyünüz yer, Qubadan cəmi 20 km. uzaglıqdadır. Heç bir turistik şəraiti olmayan bu yeri, Azərbaycanda işləyən xaricilər tapıblar və hər qış Bakıdan xüsusi avtobuslar tutaraq Qubaya, ordan isə piyadə oralara gedirlər. Təbii ki, bunu ancaq müəyyən alpinist təcrübəsi olan insanlar edir. Amma gedib oraları görənlər, bütün cətinliklərə baxmayaraq, bu yerlərdən heyran qalırlar.
Qafqaz dağlarının ən uca təpələrinə yaxın, Bakıdan 180 km, Qusar rayonunda, Laza (Лацар) deyilən yerdə, donmuş şəlalələr vadisi var. Yayda bu yerlərdə xırda dağ cayları axır, qışda isə mənzərə tamamən dəyişir. 1700 metrə yüksəklikdə olan o vadiyi görmək asan deyil, ancaq təcrübəli bələdçilər yolu tanıyırlar. Heç normal yolu olmayan bu yerlərdə heç bir turistik məkan yoxdu.
Siyəzən rayonunda isə şəkildə gördüyünüz çox gözəl bir yer var. Dəqiq bilmirən hardadır, ora necə getmək olar. Bilən varsa, xəbər versin.
«Həftəbəcər» silsiləsindən yeni linklər:
Deyirlər Bakının ruhu ölüb. Deyirlər bizim zəmanədə artıq romantiklər qalmayıb. Deyirlər insanlar köbudlaşıblar.
Nə yaxşı ki, bu belə deyil. Nə yaxşı ki, hələ də həvəsli insanlar var. Nə yaxşı ki, köhnə həyat tərzimiz hələ də qorunur.
Hər bazar günü, səhər saat 6-dan 11-ə qədər, Cavanşir körpüsünün yanında (keçmiş Qaqarin körpüsü), dəmir yolunun kanarında quşbazlar yığışırlar. Bütün şəhərin həvəskarları, Bakı kəndlərinin əməkdar quşbazları bura gəlirlər.
Göyərçin ya da döyüş xoruzlarını satan olur, dəyişdirən olur, bağışlayan olur, amma əksər insanlar sadəcə gəzir baxırlar. Əslində guya al-veri üçün yığışırlar, ancaq əsas al-ver deyil, əsas söhbətləşməkdir, dərdləşməkdir, özləri kimi həvəskarlarla görüşməkdir. Danışırlar, gülürlər, kimi quşlarını tərifləyir, kimi keçmiş günləri yada salır. İndiki Bakının tamahkarlığı yoxdur ora yığışan insanlarda, hər gün qarşılaşdığımız gözüdoymazlıqdan uzaqdır bu yer. Həmdə nə qazanarsan ki göyərçin sataraq?
Mən nə quşbazam, nə də göyərçinlərdən başım çıxır, amma bugun ordaydım. Gəzdim, baxdım, söhbətlərə qulaq asdım. Sizdə baxın…
Davamı »
«Ucuz ətin şorbası olmaz» atalar sözünün doğruluğuna dəfələrcə şaid olmuşam. Bu şərt stomatologiya üçün xüsusiylə vacibdir. Bütün dünyada stomatologiya ən bahalı tib sahələrindən sayılır. Həkimin peşəkarlığı, istifadə olunan ləvazimatın keyfiyəti və müalicəvi proseduraların düzğün aparılması — bütün bu faktorlar müəyən maddi sərfiyyat tələb edirlər. Təbii ki, xərclərin azaldılması avtomatik olaraq müalicənin keyfiyyətinin pisləşməsinə gətirir.
Bizim əsas iş prinsiplərimizdən biri keyfiyyətsiz, ucuz və müasir standartlara uyğun olmayan stomatoloji avadanlıq, cihaz və ləvazimatdan istifadə etməməkdir. Bizim pasientlər ən yaxşısına layiqdirlər və biz bunu təmin etmək üçün əlimizdən gələni etmişik, edirik və edəcəyik.
Amma bəzi halarda müalicə giymətlərində müəyyən güzəştlər mümkündür. Təbii ki, qətiyyən keyfiyyətdən güzəşt verməmək şərtiylə. Verilən suallara cavab olaraq, hansı hallarda xidmətlərimizin qiymətlərində güzəşt edildiyini sadalayırıq:
- Şəhid evladları — 100%
- 80 yaşdan daha yaşlılar — 25%