3 октября 2010, Воскресенье

Yeni müsahibəm

“Sağlam Xəbər” qəzetində dərc olunan müsahibəmlə bu qəzetin saytında tanış ola bilərsiniz.


Məqalənin sürəti:

“Estetik stomatologiyada tələblər yeniləşib…»

Həkim-stomatoloq Fərid Zeynalov xaricdə təhsil alaraq Azərbaycanda stomatologiyanın ən müasir yeniliklərini tətbiq edən fəal mütəxəssislərdən biridir. 1999-cu ildə Ankara Universitetinin Stomatologiya fakultəsini bitirib. 2000-ci ildən özəl stomatoloji klinikalarda çalışır. Daha çox estetik stomatologiya ilə məşğul olur.Onunla görüşüb cəmiyyətimizdə bu gün gündəmdə olan stomatologiyaya dair problemlər və irəliləyişlər barədə söhbət etdik….

— Fərid həkim, bu gün dişlərin sağlamlığı baxımından ən aktual mövzu nədən ibarətdir?

— Müasir stomatologiyanın hal-hazırda formalaşmış əsas prioriteti və başlıca prinsiplərindən biri diş əti və dişlərin müalicəsi deyil profilaktikasıdır. Bu gün kariesin və diş əti xəstəliklərinin qarşısının alınması böyük əhəmiyyət kəsb edir. Azərbaycan əhalisinin 80 faizindən çoxunda diş əti problemləri var.Və bu problemlər ciddi şəkildə həll olunmur. Bizim ölkədə stomatologiyanın əsas problemlərindən biri profilaktikanın ciddi şəkildə qəbul olunmaması və bu məsələyə ciddi şəkildə həyata keçirilməməsidir. Bununla əlaqədar biz görürük ki, həm uşaqlarda, həm də gənclərdə geniş miqyasda diş əti və kaaries problemi ortaya çıxır. Avropada, ABŞ-da, digər inkişaf etmiş ölkələrdə belə problemlər yaşlı insanlarda görünürsə, bizdə bunun cavan, təhsilli, mədəni insanlarda müşahidə olunması olduqca təəssüf doğurur. Məhs buna görə də bizim əsas məqsədimiz insanları maarifləndirmək, onlara profilaktikanı, dişlərin sağlamlığını qorumağın yollarını başa salmaq, ağız gigiyenasının nə olduğunu öyrətməkdir. Öz saytımızda da (stomatoloq.az) bunu müəyyən qədər geniş kütləyə çatdırmağa çalışırıq. Populyar olan bir bloqumuz var.Və bu bloqda qısa məlumatlar veririk. Azərbaycanda dişlərin sağlamlığına 2-ci, 3-cü dərəcəli məsələ kimi baxırlar və ciddi fikir vermirlər. Halbuki diş və diş əti xəstəlikləri təkcə ağız boşluğunda deyil, ümumən orqanizmdə digər ciddi xəstəliklərə səbəb olur. Diş xəstəlikləri səbəbiylə cavanlarda mədə-bağırsaq, hətta kardioloji p problemlərin bir qismi də əmələ gəlir. Hamilə qadınlarda dişlərin sağlamlığının gələcək körpə üçün vacib əhəmiyyət daşıdığını artıq çoxları bilir. Bu məsələrə çox diqqət yetirilməlidir.

Stomatologiyanın gündəmində olan ikinci vacib mövzu estetik stomatologiyadır. Bunun da bir növü ortodontiyadır. Yəni əyri dişlərin düzəldilməsidir. Ortodontiya ilə hazırda ölkəmizdə məşğul olanlar çoxdur. Həqiqətən stomatologiyanın başqa səhalərinə nisbətən məhs bu səhədə çox gözəl inkişaf gedir. Bu sahədə yaranmış Azərbaycan Ortodontlar Cəmiyyəti xeyli sayda əhəmiyyətli seminarlar keçirdib. Bu istiqamətdə aparılan işlərdə mən öz fəallığı ilə seçilən Cəmiyyətin sədri Zaur Zeynalovun adını çəkməyi vacib sayıram. Onun xidmətləri çoxdur.Öz tədbirlərinə xaricdən mütəxəssislər dəvət etdi. Bu sahədə olan inkişafı stomatologiyanın başqa sahələrində də görmək istərdim. Estetik stomatologiyada müəyyən irəliləyişlər var. Mən inanıram ki, bu sahədə də bir-neçə ildən sonra güclü inkişaf olacaq.

— Doktor, diş xəstəliklərinin profilaktikasında profilaktikanın zəif olmasını konkret olaraq nədə görürsünüz? Bu iş təkcə həkimlərdənmi asılıdır?

— Profilaktikadan danışarkən mən xüsusən uşaqlardan başlamağı vacib sayıram. Bu məqsədlə də həkimlərlə yanaşı orta məktəblərin və orada çalışan müəllimlərin üzərinə böyük vəzifə düşür.Orta məktəb müəllimlərinin həkimlərlə birgə işləməsi çox vacibdir. Bu bilgilərin verilməsi həkimlərlə məhdudlaşmır. Həkim məktəbdə özbaşına təbliğat işi apara bilməz. Biz həkimlər istədiyimiz məktəbin qapısını açıb orada təbliğat işi apara bilmərik. Bu işi təşkil eləmək lazımdır. Biz həkimləri uşaqlar yalnız stomatoloji kabinetlərdə görürlər. Onları da həkimə uşağın dişlərində problem olanda gətirirlər. Təəssüf ki, biz həkimlər uşaqlarla geniş təmasda, ünsiyyətdə olmuruq. Onlara və valideynlərinə maarifləndirici təsir göstərib məlumatlandıra bilmirik.Bizim təbliğatımız məhduddur. Bunun geniş miqyaslı olması Təhsil nazirliyi tərəfindən dəstəklənməlidir. Dövlət qurumları stomatoloqları bu işə cəlb etməlidir. Şəxsən mən bunu təmənnasız olaraq etməyə hazıram. Lazımi vaxt da ayıra bilərəm. İnanmıram ki, bu xeyirxah işdə hansısa həkim maddi tələb irəli sürsün. Məktəblilərin ağız boşluğu sağlamlığının qorunması işində pulsuz maarifləndirmə işinin aparılmasını məncə bütün diş həkimləri istəyər.  Təbii ki, dövlət səviyyəsində müəyyən işlər görülür. Lakin istərdik bu iş Avropa səviyyəsində olsun. Bir halda ki, Avropa məktəblərinə rəqabətə davamlı yeni-yeni məktəblərimiz tikilir, əsasalı təmir olunur, onda avropalılar kimi sağlamlığın qorunması işinə də diqqət yetirə bilərik. Bilirsiniz həkimlərin işi müalicədir. Biz istərdik ki, müraciət edən pasientlər çox ciddi problemlərlə gəlməsinlər.

— Fərid doktor, bəs müalicə işində hansı stomatoloji nailiyyətlər var?

— Stomatologiya tibbin ən yaxşı inkişaf edən sahələrindən biridir. Son illər stomatologiyada 3D texnologiyalarının geniş istifadəsini qeyd etmək yerinə düşər. Süsusi 3 ölçülü radioqrafiyadan Azərbaycanda da geniş tətbiq edirik. Bu yolla çox gözəl nəticələr alırıq. 3D radioqrafiyası travmatologiyada, üz-çənə cərrahiyyəsində, implantalogiyada və digər sahələrdə əhəmiyyətli müayinə , eyni zamanda müalicə vasitəsidir. 3 ölçülü radioqrafiyanın köməyi ilə implantların yerləşdirilməsi daha keyfiyyətli nəticələr verir. Bu yolla daha az zaman sərf oolunur. Pasientlər də daha az əziyyət çəkir. Müalicənin Avropa standartlarını Azərbaycanda bu yolla tətbiq etmək mümkündür. Estetik stomatologiyada bu 3D rejimində Ketkam deyilən texnologiyalardan istifadə edərək həm vinirlər, həm metalsız keramikanın hazırlanmasında Azərbaycanda bir-neçə laboratoriyalar açılmaqdadır. İnsan əli dəymədən, kompüterdə ölçülər və dizayn aparılır. Ölçülər əsasında istənilən rəngdə xüsusi sirkon blokları aparat kəsir. Yeniliklər sırasında son vaxtlar çox istifadə olunan və dəbdə olan yumşaq protezlər də var. Bundan əlavə mən konkret olaraq sizə metalsız keramika haqda da məlumat vermək istərdim. Çunki, metalsız keramika estetik stomatologiyanın ən müasir metodlarından biridir. 30 ilə yaxındır ki, metal keramika dünyada populyardır. Həmçinin Azərbaycanda da bərpaedici müalicə prosesində əsas yeri metal keramika təşkil edir. Ancaq son bir-neçə ildə sirkon deyilən metalsız keramika, aliminium əsaslı keramikanın daha çox irəli sürülməyə başlanıb. Olduqca əla metoddur. Çox istərdim ki, bunu pasientlərimizlə yanaşı, həkimlərimiz də tanısın və istifadə etsinlər. Az sayda həkim bu metoddan yararlanır. Daha çox indi metal keramika qapaqları tətbiq edilir.

— Metalsız keramikanın hansı üstünlüklərini sadalaya bilərsiniz?

— Belə qapaqlar çox estetikdir. İnsanın təbii dişindən heç bir fərqi yoxdur. İstədiyimiz formada, istədiyimiz rəngdə insanların dişlərini bərpa edə bilərik. Bir-neçə il əvvəl biz bunu lazımınca edə bilmirdik. Ancaq hazırda isə istənilən yaşda olan pasientdə də dişləri bu üsulla bərpa edə bilirik.

— Diş ətinin müalicəsində necə, yeniliklər varmı?

— Diş ətinin müalicəsində istifadə etdiyimiz yeni metodika var. Mən xəstələr arasında da çox populyar olan Vektor aparatının istifadəsini qeyd etmək istərdim. Stomatologiyada istifadə edilən lazer aparatları ilə həm, xırda cərrahi müdaxilələri, həm diş əti müalicəsində çox effektiv nəticə əldə edirik. İnanıram ki, bu üsulları stomatoloqlar daha çox istifadə edəcəklər.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...