Xaş və Ləkit məbədi
1200 il boyunca Qafqaz Albaniyası kimi mövcud olan (m.ö. IV əsr – m.s. VIII əsr) və 1836-cı ilə qədər fəaliyyətdə olan Alban Həvvari Kilisəsi (Alban Katolikosluğu) ilə var olan qədim alban mədəniyyətinin 700 illik dövrü xristianlıqdan öncəki dövrü əhatə edir. Bu dövrdə mövhum inanclar, oda və müxtəlif səma cisimlərinə sitayiş və əsasən də Yunan və Roma ilahlarına sitayiş çox geniş yayılmışdı.
Əksər alban tayfalarının çox hörmətlə yanaşdığı və xüsusi ehtiramla sitayiş etdiyi Ay Tanrıçası idi. Qafqaz Albaniyasının müxtəlif yerlərində yunan mifologiyasında Selena kimi tanınan Ay Tanrıçası şərəfinə məbədlər və qurbangahlar tikilmişdi. Bu məbədlərdən ən məşhuru tarixi ədəbiyyatda “Ay ilahəsi məbədi” kimi tanınır. Strabon və digər tarixçilərin var olduğu haqqında məlumat vermələrinə baxmayaraq, təəssüflər olsun ki bu məbədin harada olduğu və necə olması haqqında dəqiq məlumat yoxdur. Daha sonra, xristianlığın yayılması ilə bu məbədlər kilsələrə çevrildi, amma bəzi adət və ənənələr indiyə kimi qorunub saxlanılıb.
Bir ehtimala görə indiki Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən və digər alban kilsələrindən dairəvi şəkildə inşa edilməsi ilə fərqlənən (alban kilsələri ümumiyyətlə dördkünc planda inşa ediliblər) Ləkit məbədi yerində daha əvvəl məs Ay İlahəsi məbədi olub. Aya oxşar dairə şəkilində olması və səmaya doğru ucaldılan 4 mərtəbəli olması bu ehtimalları doğruldur.
Alban dilində ay sözünün tərcüməsi “xaş”-dır. Ay ilahəsinə də Xaş deyirdilər, onun şərəfinə ucaldılan ibadətgah və qurbangahlara da Xaş deyirdilər. Hər dəfə səmada Xaş görünəndə, axşam vaxtı qurban kəsilərdi və bütün gecəni Xaş işığı altında, Xaşın qürubuna qədər, bu qurbanlar bişirilərdi. Və Xaş məbədində Xaş tanrısının şərəfinə bişirilən bu müqəddəs yemək günümüzdə “xaş” adı ilə tanınır və sevilir.
Gördüyünüz kimi xaşın axşamdan səhərə kimi bişirilmə ənənəsi öz mistik və dini mənasını itirsə də, indiyə qədər qorunub saxlanılıb. Məs dini əsaslara görə xaş ancaq səhər yeyilir (ay batandan sonra), xaş məclisində xanımlar iştirak etməz (axı kahinlər ancaq kişilər idi) və söhbət, musiqi və əyləncə olmaz (dini mərasim ciddi işdir) və xaş aya oxşar kasədən yeyilir.
Yolunuz Qax rayonuna düşsə, Ləkit məbədini ziyarət edin və Xaş ilahəsinə ehtiramınızı bildirin. Ən azından ona görə ki, 2000 ildən çoxdur ki bizə belə gözəl bir yeməyin dadını bəxş edir.
4 комментария
Şərh yazın
Yüklənir...
Çox maraqlı yazıdır, çox sağ olun.
Ümumiyyətlə dünyada xaşı erməni yeməyi kimi tanıyırlar. Buna bir səbəb də internetdə xaş haqqında məlumatın ancaq erməni məndələrində olduğu üçündür. Yaxşı olardı ki bu yazını rus və ingilis dillərində də dərc edərdiniz.
Sizin yazılarınızda bilirsiniz nəyi bəyənirəm? Mümkün olduğu gədər çox mənbə linki göstərirsiniz. Bu da yazının nə gədər ciddi və düşünülmüş olduğunu göstərir.
Çox sağ olun.
Интересно написанно. Я не знал что хаш такое древнее блюдо. Если разрешите постараюсь разместить здесь картинку.
Dr.FZ:
Разместить картинку у вас не очень получилось, но рисунок нам понравился и мы решили его всё-таки разместить.
Çox maraqlı yazıdı, lap xaş kimi ləzzət elədi 🙂