E-visitor
Bu il 3-cü Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və 14-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi 24-27 sentyabr tarixlərində keçiriləcəklər. Bu ilki yeniliklərdən biri, ziyarətçilər üçün «E-visitor» adı verilən elektron buraxılış vərəqələrinin əvvəlcədən hazırlanaraq ziyarətçilərə verilməsidir.
Hər il İTECA Caspian tərəfindən təşkil olunan bu sərgilərin ən xoşagəlməz tərəflərindən biri, qeydiyyat üçün əmələ gələn uzun növbələrdir. Bu il təşkilatçılar bunun qarşısını almaq üçün ziyarətçilərin qeydiyyatını 2 həftə əvvəldən başlayıblar. Sərgilərə həsr olunmuş saytlarda xüsusi qeydiyyat formu doldurular və qeyd olunan e-mail ünvanına ziyarətçi yaxa kartının PDF formatında çap variantı göndərilir. Ziyarətçi bunu özü printerdə çap edir (rəngli olması şərt deyil) və sərgiyə gəldiyində, ümumi qeydiyyat masasının yanında xüsusi olaraq E-visitor-lar üçün fəaliyyət göstərən ayrıca məlumat masasında plastik ciblər (badge), habelə bütün reklam və məlumat materialları alaraq, növbəsiz və heç vaxt itirmədən sərgi salonuna daxil ola bilər.
Bu sistem, xarici hava nəqliyyat şirkətlərinin online check-out siteminə oxşarlığı ilə ziyarətçilər üçün müəyyət rahatlıq yaradacaq. Əslində şirkət özü hələlik bu sistemin adını da dəqiqləşdirməyib, çünki «E-visitor»-la yanaşı «E-buraxılış», «E-ticket» və «E-badge» adlarıda istifadə olunur. Bu da qarışıqlıqa səbəb olur. Arıca nə sərgilərin saytında, nə də təşkilatçı şirkətin saytında bu haqda məlumat verilməyib. DOC formatındaki elektron qeydiyyat formları ancaq əvvəlki sərgilərdə qeydiyyatdan keçənlərin e-mail ünvanlarına qöndərilir. Amma siz bu formu burdan yükləyə bilərsiniz. Doldurulduqdan sonra, bu sənəti info@iteca.az və ya contact@iteca.az ünvanına göndərin.
Yeniliklə başlayan bu sərgilərdən daha çox yeniliklər olacağını gözləyirik.
2 комментария
Şərh yazın
Yüklənir...
К сожалению весь этот «э-билет» заключался в том, что посмотрели в список (даже не на компьютере) и просто распечатали на целом листе А2 маленький ч/б билетик с именем. И вот с этим полотенцем я потом ходил. При этом пока я ждал, обычную регистрацию прошли 3 человека.