28 сентября 2008, Воскресенье

BIHE 2008

Stomatology Azerbaijan 2008 Bir necə gün əvvəl Səhiyyə Sərgisi haqqında bir yazı dərc etmişdim. Sözün düzü fikrim var idi ki, bu sərgi haqqında daha ətraflı yazı yazım. Hətta sərgiyə getdiyimdə fotoaparatı da özümlə götürmüşdüm ki orda şəkil çəkim. Amma…
24-27 sentyabr tarixlərində eyni zamanda 14-cü Azərbaycan Beynəlxalq SƏHİYYƏ sərgisi, 3-cü Azərbaycan Beynəlxalq STOMATOLOGİYA sərgisi və 2-ci Azərbaycan Beynəlxalq GÖZƏLLİK VƏ ESTETİK TİBB sərgisi olmasına baxmayaraq iştirakçı sayı son dərəcə az idi. Demək olar ki, salonun yarısı boş idi. Keçən illərə nəzərən, əksər böyük şirkətlər sərgidə iştirakdan imtina ediblər. Stomatologiya sahəsini isə sadəcə Vitta, Caspi Dent və Saf Med şirkətləri təmsil etmişdilər. Azərbaycan üçün bu çox azdır.
Qeyri rəsmi söhbətlərdə şirkət sahibləri sərgidə iştirak qiymətlərinin hədindən artıq çox olduğundan gileylənirdilər. Belə getsə gələn il ziyarətçilər sərgiyə ancaq bir birinə baxmaq üçün gedəcəklər.

Nə isə…


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...