Ortoqnatiya seminarı
Azərbaycan Ortodontlar Dərnəyinin saytında elan olunmuş seminarda əlliyə yaxın stomatoloq iştirak etdi. ÖSFMOA dəstəyi ilə Dr. Zaur Zeynalov tərəfindən təşkil olunan seminar Xəzər Universitetinin zalında keçirildi. Mövzunun qeyri adi olmasına baxmayaraq, bu seminar çox uğurlu keçdi.
Litvadan gəlmiş üz-çənə cərrahı Dr. Simonas Qribauskasın təqdimatı 3 saata yaxın bir müddət davam etməsinə baxmayaraq, hər kəs tərəfindən çox maraqla izləndi. Çıxış həqiqətən cəlb edici və məlumatlandırıcı idi. Ortoqnatik əməliyyatların canlı video çəkilişlərin göstərilməsi də böyük maraq doğurdu. Məruzəçinin səlis anlatmaq qabiliyyəti, çıxışını peşəkar səviyyədə tərtib etməsi və çox sayda çətin kliniki nümunələrin göstərilməsi mühazirəni həqiqətən dəyərli və yadda qalan etdi. Məs buna görə çıxışdan sonra Prof. Teymur Babayev, Dr. Zaur Zeynalov, Prof. Vladislav Malançuk, Prof. Çingiz Rəhimov, Dr. Afa Ağazadə, Prof. Ramiz Həşimov və başqa həkimlər aktiv olaraq müzakirədə iştirak etdilər.
Daha sonra Dr. Sevinc Əhmədova bir pasiyentin sefalometrik analizinin və müalicə planının aparılması üçün təqdimat etdi. Dr. Qribauskas xüsusi kompüter proqramı (Dolphin) vasitəsilə təhlilləri canlı olaraq nümayiş etdirdi. Daha sonra bu təhlillərin nəticələrinə əsaslanaraq ortodontik və ortoqnatik müalicənin necə aparılmasını izah etdi.
İkinci hissədə ukraynalı ortodont Dr. Miroslava Drohomiretska iki ayrı mövzuda mühazirə təqdim etdi. Həm ortodontiyanın aktual problemləri, həm də stomatoloji menecment haqqında çox ətraflı və maraqlı söhbət açan lektorun çıxışı da bəyənildi.
Şərh yazın
Yüklənir...