‘Diş-miş’ kateqoriyasındakı yazılar:

«Kliniki Ortodontiyaya Giriş» kursu

            18 сентября 2011, Воскресенье

Kursu ortodontiya magistrı Dr. Zaur Zeynalov (BDS, DDS, MS, M.Orth) aparacaq. Pulsuz kurs 7-8 oktyabr 2011-ci il tarixində «VİTAStom» şirkətinin konfrans zalında keçiriləcək. Ünvan: Zivərbəy Əhmədbəyov küç., 1. (m. Nizami qarşısı) Əlaqə: (050/055) 3263161, zaur@orthodontics.az Maraqlananlardan xahiş olunur ki, oktyabırın 5-nə qədər Azəri Ortodontlar Dərnəyinin rəsmi saytında qeydiyyatdan keçsinlər.

Sertifikasiyaya hazırlıq

            29 декабря 2010, Среда

AR Nazirlər Kabinetinin 8 iyun 2010 tarixli «Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası» qərarına əsasən, Səhiyyə Nazirliyi xüsusi Yaddaş Kitabçası dərc edərək, sertifikasiya imtahanlarının hansı qaydada aparılacağını izah etmişdi. Belə bir test imtahanının ilk dəfə təşkil olunduğunu nəzərə alaraq, hər ixtisas üzrə nümunəvi test suallarının toplusu da açıqlanmışdi. […]

AOD 6-cı Elmi-Praktiki Seminarı

            13 октября 2010, Среда

17 oktyabr 2010 il, saat 10.00-da, Xəzər Universetinin B.Səfəroqlu 122 ünvanında yerləşən binasında Azərbaycan Ortodontlar Dərnəyinin «Ortodontik müalicə məqsədi ilə dişlərin çəkilməsi — çətin seçim qarşısında» mövzulu 6-cı elmi-praktiki seminarı keçiriləcək. İştirak pulsuzdur. Elmi proqram bitəndən sonra, seminar iştirakçıları arasında lotereya keçiriləcək. Qaliblər DENTAURUM və ORMCO şirkətlərinin məhsulları ilə mükafatlandıracaqlar.

Növbəti seminar

            17 декабря 2009, Четверг

20 dekabr 2009-cu il saat 10:00-da Xəzər Universitetinin Bəşir Səfəroqlu küçəsi 122 ünvanında yerləşən binasın akt zalında, Azərbaycan Ortodontlar Dərnəyi tərəfindən təşkil olunan «Retensiya olunmuş dişlərin müayinəsi və müalicəsi» mövzusunda elmi-praktiki seminar keçiriləcək. Bütün stomatoloqlar dəvət olunur. İştirak pulsuzdur.

Qeyri adi pasiyent

            26 ноября 2009, Четверг

sırğalar burunda pirsinq dildə pirsinq Bundan başqa göbəkdə və qaşda da pirsinq var, amma təbii ki, onlar bu rentgendə görünmürlər. Və ən maraqlısı da odur ki, pasiyentin 48 yaşı var.

RollyBrush

            13 ноября 2009, Пятница

Kariyesin əmələ gəlməsinin ən əsas səbəblərindən biri insanların tənbəlliyidir. Hər gün sadəcə bir necə dəqiqə sərf etməkdən çəkinən insanlar, bunun əvəzində çox problemlərlə üzləşirlər. Onilliklərlə profilaktik stomatologiyada mühüm heç bir dəyişiklik olmamışdır, ənənəvi diş fırçaları və pastalar kariyeslə mübarizədə əsas vasitə olaraq qalır. Ancaq insanların dişləri ilə əlaqəli problemləri heç azalmır. Müxtəlif gigiyenik qarqaralar, elektrikli […]

Семинар 3M Espertise Workshop

            26 октября 2009, Понедельник

При содействии фирмы Arash и российского учебного центра «Амфодент«, бакинское представительство 3M ESPE провело 2-х дневный семинар по теме «Алгоритм восстановления фронтальной и жевательной группы зубов. Повышение качества эстетических рестоавраций с применением современных технологий и материалов.» Лекции и практические демонстрации проводила врач-консультант фирмы 3M ESPE (3М Россия), ассистент кафедры стоматологии медицинского факультета Санкт-Петербургского гос. университета, […]