9 декабря 2008, Вторник

Beşmərtəbə

Beşmərtəbə Bakı deyişir. Bakını tanımaq olmur. Bakının ən köhnə və ən tanınmış məkanları da yenilənir, müasirləşir.
1929-cu ildə tikilən və o vaxtdan «beşmərtəbə» adı ilə tanınan binanın və ətrafının necə dəyişdiyini yazımızın davamında görə bilərsiniz.
Əvvəllər Quba meydanı adlandırılan indiki Füzuli meydanı şəhərin ən vacib ticarət və nəqliyyat mərkəzlərindən idi. Bazarnı (H.Hacıyev küç.) və Şamaxı yolu (C.Cabbarlı küç.) kəsişmələrində olan bu meydana həm Voronsovski (Islam Səfərli küç.) və Sitsiyanski (Təbriz Xəlilbəyli küç.) küçələri də açılırdı. Burda çox saylı dükanlar, anbarlar və səyyar satıcılar var idi. İndiki şahmat məktəbinin yerində dəvə tövləsi var idi.
Cəfər Cabbarlı bu meydan haqqında “Firuzə” (1935) hekayəsində yazırdı: “…Uzun və qısa saqqallı dəllallar o tərəf bu tərəfə yüyürərdi, dərvişlər dişsiz ilanlarını oynadaraq, imanın şücaətindən və sahibəzzamanın uzunqulağa suvar olaraq zühur edəcəyindən danışardı….”
İndiki “Beşmərtəbə” kimi bilinən binanın yerində isə Abbasqulu Bakıxanovun qızı Töhrə xanıma məxsus olan karvansara var idi. Bu karvansaraya Xanım Karvansarası deyirdilər. Xüsusilə tiryək alveri və tiryək çəkməyə məxsus otaqları ilə məşhur bu bir mərtəbəli karvansaranın qarşısında (təxminən indiki Füzuli heykəlinin yerində) şəhərin əsas su mənbələrindən olan yeraltı bulaqlar var idi. Səkkiz metrə dərinlikdə olan bu bulaqlardan İçəri Şəhərə xüsusi Hüseyquluxan kərgizi (su kəməri) çəkilmişdi.
1903-cü ildə şəhər upravası burdakı bazarı ləğv etmək qərarı aldı. Bunun əsl səbəbi antisanitariya və idarə olunmaz kriminoqen vəziyyət olsada, rəsmi qərara «чтобы избавиться от базарной сутолоки и постоянной давки» yazıldı. Bir səbəb də yaxınlıqda olan Bazarnı küçəsindəki (indiki Hüsi Hacıyev küçəsi) dükanların ucuz bazar ilə rəqabət apara bilməməsi idi. Nəhayət bazar dağıdıldı, yol genişləndirildi və daha sonra burdan konka (atlı tramvay) relsləri salındı.
1918-ci ildə isə Bakıya girən Türk ordusu, şəhərdə əmin-amanlıq yaratmaq üçün geniş tədbirlər alırdı. Özbaşınalıq, cinayətkarlıq, geniş yayılan soyğunçuluq və oğruluq kimi hallar şəhərdə həyatı iflic halına salmışdı. Qısa müddətdə türk əsgərləri qanun-qaydanı bərpa etdilər, çox sayda cinayətkar tutuldu, edam edildi, zindanlara salındı ya da şəhərdən çıxarıldı. Türk hərbi komendaturası Quba meydanında dar ağacları qurdu və bir necə oğrunu burdan asaraq bir necə gün ərzində bütün şəhər sakinlərinə oğru və cinayətkarları necə aqibəti gözlədiyini nümayiş etdirdi. Bu sərt və qorxunc dərsdən sonra şəhərdəki vəziyyət tamamən düzəldi. Və o vaxtdan quldur və oğruları haqqında “yeri Quba meydanıdır” deyirlər.
Daha sonralar burdakı bütün tiryəkxanalar söküldü, bazar dağıdılaraq burda park salındı və nəhayət karvansara xarabalığı yerində “Beşmərtəbə” kimi bilinən bina tikildi.

1880

xerite 1880
Şamil Fətullayevin «Градостроительство Баку XIX — начала XX веков» əsərindən alınıb.

1894

План-путеводитель по городу Баку на 1894 год
M.N. Suvorovun tərtib etdiyi ««План-путеводитель по городу Баку на 1894 год.»» dərc olunan xəritədən alınıb.

1898

карта Баку 1898
Polkovnik Fon-der-Nonnenin tərtib etdiyi «Планъ существующаго и проектированнаго расположенiя губернскаго города Баку, съ показанiемъ предполагаемаго урегуллированiя и распространенiя» xəritədən alınıb.

1905

besmertebe 1905
Poçt kartoçkası, Y.Q. Qülbasarovun foto atelyesi.

beşmərtəbə

1905

2009 Eyni yerin 2009-cu ildə çəkilmiş şəkili (fotoya tıklayaraq böyük şəklə baxa bilərsiniz). Göründüyü kimi, arxa planda olan binanın sadəcə bir hissəsi qalıb.
quba meydani 1905

1907

Quba meydani 1907
Quba meydanı

1914

bazar 1914

1918

quba meydani 1916
Bakı Dəniz Aviasiyası Məktəbinin ştabs-kapitanı V.L. Korvin-Kerber tərəfindən 1918-ci ildə Bakının havadan çəkilişi aparıldı. Bu fotoların birində uzaqdan da olsa Quba meydanı və ətraf ərazilər də əks olunub.
1 — Xanım Karvansarası
2 — Şamaxı bazarı (meyvə bazarı, açıq bazar)
3 — Qəssab palanı

1925

besmertebe 1930

1929

Beşmərtəbə 1929

1934

Беш-Мяртябя 1934

1935

Бешмяртябя 1935

1936

Beşmərtəbə 1936
besmertebe-1936-2

1942

1942 Bakının havadan avia çəkilişi
Edelweiss Hərəkatı çərçivəsində 18 avqust 1942-ci il tarixində Luftwaffe (Alman Hava Quvvələri) xüsusi 2.(F)/Aufkl.Gr. des OBdL eskadriliyasına aid U-88 tipli «T5+dK» nişanlı təyyarə Bakı üzərində kəşviyyat uçuşu həyata keçirib və çox sayda foto çəkilişi aparılıb. Bu fotoların birində Quba meydanı və ətraf ərazilər də çox aydın əks olunub.

1960

физули мейданы 1960

1968

Bakı 1968 il

1972

füzuli meydanı 1972

1979

besmertebe-1979

1985

köhnə Bakı

1999

Beşmərtəbə 1999

2000

2005

quba meydani 2005

2006

Beşmərtəbə 2006
Füzuli meydanı
Füzuli meydanı 2006

2007

Füzuli meydanı 2007

2008

Beşmərtəbə 2008

2009

Бешмяртябя

2011

Бешмяртябя
via

Manaf Süleymanovun məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1987) Quba meydanı haqqında bunlar yazılıb (təəssüflər olsun ki, ancaq Elmira Axundovanın rus dilinə tərcüməsini tapa bildim):

«…ГУБА МЕЙДАНЫ (площадь Физули) была одной из самых многолюдных частей города. Наряду с парапетом, она считалась главной площадью Баку. В караван-сараях и гостиницах, расположенных на площади, можно было встретить торговцев, купцов, интеллигентов, деятелей культуры, землевладельцев, прибывших из различных уездов и сел Азербайджана.
Губа мейданы считалась основным пристанищем многочисленных гочу. Именно здесь замышляли они очередную авантюру: убийство, похищение девушки, поджог дома или учреждения, именно здесь сколачивались в группы и шли на «дело». В этом месте скрещивалось сразу несколько улиц: Балаханская, Бондарная, Чадровая, Базарная, Шемахинская, Сисиановская. На первых этажах зданий располагались бакалейные, мануфактурные, галантерейные лавки, мастерские по пошиву чарыхов (для аристократов, духовенства и богачей шили особые, ширазские чарыхи, а для простонародья чарыхи из серой кожи), лавки мясников, зеленщиков, всевозможные ашхана, чайхана, кебабхана… Верхние этажи занимали гостиницы и квартиры. В отдаленной части площади стояли деревянные будки, где вели оживленную торговлю евреи. В особых мастерских изготавливали подсвечники из железа, меди и даже серебра. Украшали их узорами, позолотой. Рядом работали фонарщики, свечники.
Из чайханы и ашханы доносились звуки граммофона, на площади часто играла шарманка.
В осенние и зимние месяцы по площади расхаживали продавцы селеба— напитка, изготовленного из кореньев,— и громко расхваливали свой товар: «Настоящий бальзам!», «Вкусно, полезно для здоровья!» «Единственное средство от всех болезней!» Ароматный напиток молочного цвета был очень приятен на вкус.
Одним из самых популярных заведений Губа-мейданы был ресторан Гасана Первого под названием «Ислам». Правда, в то время лавки, магазины, рестораны больше знали по имени владельцев, нежели по названиям. Гасана благодарные клиенты торжественно нарекли Первым, признав его превосходство над всеми остальными кулинарами города. В этом заведении с утра до позднего вечера толпился народ. Блюда, которые подавали здесь, имели неповторимый вкус, и отведавший стряпни Гасана Первого становился его постоянным посетителем. В ресторан приезжали даже из окрестных поселков, промыслов — Сабунчи, Сураханы, Раманы, Биби-Эйбата, из Черного города. Здесь же назначались деловые встречи купцов, прасолов, коммерсантов разного рода. Одноколки, пролетки, фаэтоны выстраивались в ряд по обеим сторонам ресторана.
Однажды клиенты, приехавшие на обед, с удивлением обнаружили, что ресторан «Ислам» закрыт. Поднялся шум-гам, бросились искать Гасана Первого. Работники ресторана в недоумении разводили руками, мол, нам самим ничего неизвестно. Один из подручных Гасана рассказал, как тот готовил свои знаменитые блюда. Мы, мол, все нарезали, шинковали, очищали и, когда оставалось лишь разложить мясо и зелень по кастрюлям, горшкам, сковородам, Гасан Первый выпроваживал всех из кухни. Нам разрешалось войти, когда все это уже стояло на огне. Оказывается, хитрый владелец ресторана смешивал с пряностями незначительное количество опия и подсыпал в блюда. Потому-то отведавшего эти блюда неудержимо тянуло попробовать их вновь. А Гасан нажил на этом большие деньги. Происходил он из иранского города Зенджан. Многие зенджанцы работали в Баку пекарями. Заработав деньги, они так же неожиданно исчезали. По всей вероятности, отправлялись обратно на родину…
»

2010


14 комментариев


  1. ФирА -

    Молодец, доктор, отличная подборка. Сами снимали?


  2. Dr. FZ -

    Да, сам снимал. Ходил по улице с камерой, искал подходящюю точку. А люди на меня смотрят, думают сумашедший.


  3. Grisbi -

    Особенно понравились ваши снимки 29 и 36 годов 🙂


  4. Dr. FZ -

    azerbaycan telefon Да, в 29-м у меня был один из первых цифровиков в городе.
    А в 36-м на телефон снимал, поэтому немного размыто получилось. 😀


  5. Ruslana -

    Надеюсь не все Ваши одноклассники такие древние…


  6. Dr. FZ -

    Нет, это только я один такой оказался. А вообще odnoklassniklarıma can qurban!


  7. Ruslana -

    Cox sagolun, doctor! Одноклассники Вас не забудут!


  8. Kərim Əhmədov -

    Maraqlı məlumat üçün çox minnətdaram. Baxmayaraq ki, bu məhəllədə böyümüşüm, amma sözün düzü bunları bilmirdim.
    Beşmərtəbənin həyətində əvvəllər pioner düşərqəsi (пионерский лагерь) var idi. 40-ci illərdə isə həyətdə foto atelye açıldı. O vaxtlar bu foto atelye şəhərdə çox məşhur idi. Bildiyim qədər o atelye indiyə qədər işləyir.
    Binanın birinci mərtəbəsində çörək və ərzaq dükkanı var idi, yanında balıq dükkanı var idi, saatsaz da yadımdadır. Binanın qabağında (скверик Дмитрова) hovuz var idi, yeraltı keçid isə səf etmirəmsə 70-ci illərin axırında tikilib. Ən əsas isə burda əvvəlləri konka (onu mən görməmişik, amma valideynlərim danışıb), daha sonra isə tramvay xətti keçirdi.


  9. Латифа Шахбазова. -

    Огромное спасибо за очень интересную информацию и особено за фото.
    Хочу написать про то что я пока помню.
    Напротив Бешмяртябя был детский садик. На 2-ом фото 1936-го года видна стена и окна второго этажа. Про этот садик, про Бешмяртябу и вообще про этот район написано в романе Гусейна Аббасзаде «Водоворот».


  10. Айгюн Векилова -

    Новость немного старая, от 25 декабря, но она интересна тем, что в ней даны некоторые данные про реконструкцию здания.
    http://br.az/index.php?newsid=398
    «При реставрации было использовано 3720 квадратных метров кровельного железа, 5600 квадратных метров каменных облицовочных плит, 730 квадратных метров металлических перил, более 1000 квадратных метров кронштейнов и 1400 квадратных метров карнизов, полностью перестроены балконы. Итальянскими специалистами была смонтирована современная система подсветки.»


  11. İxtisar -

    Fələyin oyunu — əvvəl Bazarnı adlanan küçə indi Azərbaycan prospekti adlanır. Əslində həqiqət hər zaman vaxt axını ilə üzə çıxır.


  12. Mehman Quba -

    Bunlar yaxşı şəkillərdir, bunları çoxdan axtarırdım. Bir bloq yazarı kimi karıma gələcək.
    Çox sağ olun.


  13. Дарья -

    На фото 1929 года уже имеется садик Димитрова, который на фото 1934 года только закладывается. Вам не кажется это нелогичным?


  14. Dr. FZ -

    Дарья,
    Да вроде на фото 34-го года садик тоже есть.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...