Google Earth, 1942, Bakı.
Əvvəlki yazımızda Bakının ilk havadan foto çəkilişi haqqında yazmışdım. Hədta bu yazı «25-ci kadr» jurnalında da dərc olunmuşdu. Bundan sonra bizə bir oxucumuz müraciyət edərək Bakının daha sonrakı havadan foto çəkilişi haqqında məlumat verdi.
Almaniya ordusunun Qafqazın və xüsusiylə də Abşeronun işqalını hədəfləyən Edelweiss Əməliyyatı çərçivəsində 1942-ci ildən başlayaraq Vermaxt Azərbaycan üzərində avia-uçuşlar təşkil etməyə başlayıb. Bu uçuşlar kəşfiyyat xarakterli olub və foto çəkilişlərlə müşaidə olunub.
Bakı üzərindən ilk alman uçuşları 30 yanvar, 10 mart və 4 may 1942 tarixlərində Luftwaffe (Alman Hava Quvvələri) xüsusi 2.(F)/Aufkl.Gr. des OBdL eskadriliyasına aid təyyarələr ilə həyata keçirilib. Noyabr ayına qədər Bakı üzərinə dəfələrlə uçuş təşkil olunub və Abşeron səmalarında ən azı 4 alman təyyarəsi məhv edilib. Bakının sənəyi əhəmiyyətini nəzərə alaraq, Hava Hücumundan Müdafiə Qüvvələri komandanlıqı tərəfindən bu bölgədə əsassən И-153 tipli 226 qırıcı təyyarə (Moskva şəhərindən sonra ən çox sayda təyyarə ilə qorunan şəhər), çox saylı zenit qurğuları və artileriya yerləşdirilib.
4 may 1942 tarixində oberleytenant Tischendorf idarəsindəki Т5+НК nişanlı təyyarə Bakının havadan foto çəkilişini aparıb. Buludlu hava şəraiti və uçuşun çox yüksəkdən olması səbəbiylə, fotolar Varmaxtı qanə etməyib.
23 iyul 1942 tarixində Edelweiss hərbi planı Adolf Hitler tərəfindən imzalanıb və əsas kəşfiyyat uçuşu bundan sadəcə 3 həftə sonra həyata keçirilib.
14 avqust 1942 tarixində Ju-88 D-5 tipli T5+FK nişanlı təyyarə Bakı üzərindən kəşfiyyat uçuşu cəhdi edib və 8-ci Bakı Qırıcı Aviakorpusuna aid 82-ci Qırıcı Aviapolk təyyarələri tərəfindən vurulub, iki alman pilotu əsir alınıb. Vurulan təyyarə Bakının Dağüstü parkında nümayiş etdirilib.
17 avqust 1942 tarixində Şimali Qafqazın alman işqalı altında olan Mariupol şəhərinə xüsusi çəkiliş avadanlıqı olan U-88 tipli T5+dK nişanlı təyyarə qətirilib. Təyyarəyə əlavə olunmuş 2 ədət 900 litrlik benzin çəni vasitəsiylə uzun məsəfələrə uçuş üçün hazırlanıb. Təyyarə komandiri oberleytenant Johann Ertel xüsusi linzalarla təchiz olunmuş, yüksəklik şərtlərində və soyuqda işləyə bilən fotoapparatlar vasitəsiylə uzaqdan çəkiliş aparmaq üçün təhsil almışdir. Pilot oberfeldfebel Erwin Heinemann idarəsində olan təyyarə 18 avqust 1942, səhər saat 7:30-da öncə Batum, daha sonra Tiflis və Yerevan üzərindən Təbrizə istiqamətlənib. Daha sonra 8700 metrə yüksəklik alaraq Bakı istiqamətinə dönüb. Abşeron yaxınlıqında təyyarə 6000 metrəyə enərək lazım olan foto çəkiliş aparılıb. Radist və müşahidəci Max Lagoda Bakı ətrafında yerləşdirilən sovet Hava Hücumundan Müdafiə Qüvvələrinə aid 2 qırıcı təyyərənin yaxınlaşdığını bildirməsindən sonra, alman təyyarəsi şimal istiqametində Bakıdan uzaqlaşıb. Dərbənd və Maxaçqala üzərindən keçərək 15:30-da təkrar Mariupul havalimanına enib.
Şərh yazın
Yüklənir...