1 мая 2009, Пятница
30.04.2009 — 9:30
əl-Fatihə
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həmd (şükür və tərif) olsun Allaha — aləmlərin Rəbbinə,
(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
Haqq-hesab (qiyamət) gününün sahibinə!
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru (düz) yola yönəlt!
Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
Şərh yazın
Yüklənir...