Onun zərif səhəri
Oren Lavie adlı gənc İsrail müğənnisinin «Her morning elegance» mahnısına çəkilən klipi, YouTube servisinə yerləşdirildikdən sonra, bir ay ərzində 4 milyon dəfə baxıldı və bu klip haqqında 6 mindən çox rəy yazıldı.
Klipin müəllifləri Yuval və Merav Nathan adlı animatorlar 4 həftə ərzində klipin hər kadrını ayrı-ayrı rəsm edərək planlaşdırıblar. İsrailin tanınmış fotoqraflarından olan Eyal Landesman 2 gün ərzində on minlərlə şəkil çəkib, amma klip üçün bunlardan sadəcə 3225 dənəsi seçilib. Heç video çəkilişindən istifadə olunmayan bu klip, ancaq foto şəkillərin bir cizgi filmində olduğu kimi ayrı-ayrı kadrlar halında bir araya gətirilərək təcəssüm etdirilib.
Klipin əsl qəhrəmanı isə 19 yaşlı Shir Shomron adlı aktrisa olub. Əsli İsrailli olan, amma Kaliforniyada yaşayan bu gənc xanım, 18 yaşı tamam olandan sonra, orduda xidmət etmək üçün ana vətəninə qayıdıb. Ağ rəngli yataq örtüyü üstündə daha yaxşı görünmək üçün balaca boylu, qara saçlı model axtaran Oren Lavie, təsadüfən uzun boylu və qızıl saçlı Shir Shomron ilə tanış olur və klipində məs onu çəkməyə qərər verir. Ən maraqlısı da odur ki, klip çəkilişindən sonra bu xanım yenidən əsgərliyini çəkmək üçün səngər qayıdıb.
Yükləmə: audio (MP3, 1.65 Mb) və video (AVİ, 7.44 Mb)
3 комментария
Şərh yazın
Yüklənir...
nice!
Bu mahnı və klip haqqında verdiyiniz məlumata qörə minnətdaram. Mən də sizə məlumat verim ki, bu klipə birdə çox gözəl parodiya çəkilib.
Ещё Билайн украл эту идею и снял себе рекламу. Biyabırçılıq!!!