19 октября 2008, Воскресенье

Gələcəyin stomatoloqu

Stomatoloqlar hər zaman pasiyentlərinə ildə iki dəfə dişlərini müayinədən keçirmələrini məsləhət görürlər. Amma təəssüflər olsun ki, bunu edən yoxdur. Nəticədə stomatologiyanın önəmli dərəcədə inkişaf etməsinə baxmayaraq, ağız-diş problemlərində azalma müşahidə olunmur. Təbii ki, texnologiyanın irəliləməsi ilə mütəmadi ağız sağlığı kontrolu asanlaşacaq.
Bu istiqamətdə ilk addımı dizayner Sarah Tisdale atıb. Onun yeni icadı olan «Oral Hygiene Monitor» cihazı köməkliyi ilə insanlar ev şəraitində, stomatoloqa müraciət etmədən ağız-diş sağlıqlarını yoxlaya biləcəklər. Hətta problem aşkar olunanda, bu cihaz internet vasitəsilə bütün lazım olan məlumatı stomatoloqunuza çatdırır. Gündəlik müayinələrin nəticələrini öz yaddaşında saxlayan bu cihaz, hələlik olmayan, amma gələcəkdə ortaya çıxa biləcək problemləri də qabaqcadan proqnozlaşdıra biləcək.

Cihazın işləmə prinsipi xüsusi mikrosensorlar və elektrik potensialının ölçülməsi əsaslanır. Ağıza yerləşdirilən qavrayıcı lövhə, sensorlar vasitəsilə dişlərin sərt toxumalarını və ağızın ümumi kimyəvi dəyərlərini yoxlayır. Bütün kontrollar bir necə saniyə ərzində aparılır və məlumatlar simsiz bağlantı vasitəsilə yaddaşa və displeyə nəql edilir. Lazım olduğu halda, məlumat internet bağlantısı vasitəsilə stomatoloqun xüsusi arxiv bazasına göndərilir.
Beləcə, gələcəkdə ağız-diş problemlərinin vaxtı-vaxtında aşkar olunması nəticəsində, stomatoloji xidmətin keyfiyyətinin önəmli dərəcədə artacağı gözlənilir.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...