11 апреля 2008, Пятница
Qara diş pastası
Kim dedi ki diş pastası mütləq ağ olmalıdır? Yaponiyanın Three-Hills şirkəti belə hesab etmir. Bu yaxınlarda «Toothpaste Thought up by Hiroshi – Pure BLACK» («Hiroşinin diş pastası fikri — saf QARA» kimi tərcümə etmək olar) adı ilə satışa buraxılan pastanın tərkibində diş əti xəstəliklərinə və ağız qoxusuna qarşı xüsusi maddələr olduğu bildirilir.
Yüksək antibakterial xüsusiyyətlərə malik olan bu diş pastasına qara rəngi ağac kömürü tozu və qizli saxlanılan bir necə preparatlar verir. Qeyri adı görünüşü ilə alıcıları cəlb etməyə çalışan Three-Hills şirkətinin istehsal etdiyi mallar arasında ümumiyyətlə qəribə nümunələr var — qara şampun, qara bint, qara üz kremləri, qara sabun v.s.
1 şərh var
Şərh yazın
Yüklənir...
Bu da qara saqqiz
http://food.3yen.com/2007-02-15/black-black-gum/
Hem de ki gene de yaponlardan.