Google Earth, 1917-1918, Bakı.
Zənn etməyin ki, Google Earth-dən əvvəl Bakının havadan çəkilmiş fotoları olmayıb. 1917-ci ildə dəniz təyyarəçisi, ştabs-kapitan Viktor Lvoviç (Ludviqoviç) Korvin-Kerber ilk dəfə olaraq Bakının havadan foto çəkilişini aparıb. Çekiliş M-5 hidroplanından həyata keçirilib.
Arayış:
Viktor Korvin-Kerber 26 dekabr 1894-cı ildə Revel şəhərində anadan olub. Şimal Hərbi-Dəniz İmperator Donanmasının ilk komandiri, vitse-admiral Ludviq Bernqardoviç Korvin-Kerberin və baronessa Olqa Fyodorovna Şultsun oğludur. I-ci Dünya Müharibəsində iştirak edib, 1916-cı ildən 1918-ci ilin sentyabrına qədər Bakı Dəniz Aviyasıyası Zabitlər Məktəbində hərbi dəniz təyyarəçisi və mühəndis olaraq xidmət edib. «Vedi» aviaqrupasının komandiri olub. Daha sonra represiiya olunub və ЦКБ-39 adlı xüsusi konstruktor bürosunda mühəndis-aviakonstruktor olaraq işləyib. 1970-ci ildə Leninqrad şəhərində vəfat edib.
1915-ci ildə Petroqrad Dəniz Aviyasiyası Zabitlər Məktəbinin hidrodiviziyası və onun nəznində məktəbin Bakı filialı yaradılıb. Bakı Dəniz Aviyasıyası Zabitləri Məktəbinin (БОШМА) bir neçə anqarı, inzibatı binaları, texniki xidmət, emalatxana və kazarmaları indiki Yaxt Klub ərazisində yerləşirdi. Məktəbin 60 yaxın kursantı, 14 təyyarəsi (hidroplanı), bir neçə kateri, xırda qayıqları, yük maşını, dalğıc avadanlığı, 30 yaxın texniki heyəti, hətta həkimi və aşbazı belə vardı. Məktəb 1917-ci ildən Xəzər Dənizi Hidrodivizionu kimi fəaliyyət göstərib.
Bakıdaki hidrodivisyon nəznində yeni model hidroplanlar emal olunurdu, I-ci Dünya Müharibəsi cəphələrindən getirilən alman təyyarələri bərpa edilirdi, onlar modifikasiya olunurdu və sınanırdı. Məktəbin fəaliyyəti zamanı bir necə qəza olmuşdu, 4 təyyarəçi vəfat etmişdi.
1918-cı ildə, aralarında bir nəfər də azərbaycanlı olmayan Məktəb heyyəti Türk İslam Ordusuna qarşı döyüşlərdə iştirak etmişdir. İki təyyarə Türk Ordusu tərəfindən vurulmuşdur. Qalan təyyarələr dənizdə batırılıb, bütün diviziya Bakını tərk edərək Krasnovodsk və Dərbəndə qaçmışdır.
Ştabs-kapitan Viktor Lvoviç Korvin-Kerber həvəskar olaraq fotoqraflıqla məşqul olurdu, BDAZM-nin nəznində fotolaboratoriya qurmuşdu. Şahidlərin məlumatına görə Bakı şəhərinin və ətraf ərazilərin çox sayda havadan foto şəkili çəkilmişdi. Əfsuslar olsun ki, bunlarda sadəcə bir neçəsi Korvin-Kerber ailəsinin şəxsi arxivində qorunub saxlanılıb. Qalan şəkilllər və fotoların original neqativləri haqqında məlumat yoxdur.
Fotoların originalları çox böyük ölçüdədir, bu səbəbdən burda daha kiçik versiyaları təqdim edirəm. Fotoların əslinə burdan baxa bilərsiniz.
Bakının havadan ikinci foto çəkilişi, 1918-ci ildə işqalçı ingilis Dunsterforce (North Staffords) qruplaşmasına məxsus olan aeroplandan, pilot Pennington tərəfindən aparılıb.
İngilis ordusunun Bakıda 2 ədət G120 model Martinsyde «Elephants» təyyarəsi vardı və Türk İslam Ordusunun yaxınlaşmasını bilən general Dentesvil, kəşviyyat məqsədi ilə Bakının havadan foto çəkilişinin aparmağı əmr etmişdi. Olan məlimatlara görə çox sayda və yaxşı keyfiyyətdə foto şəkillər əldə olunmuşdu. Təəssüflər olsun ki, hal-hazırda bu şəkillərdən sadəcə bir dənəsi Kanadanın Vankuver şəhərinin arxivində aşkar olunub. Başqa şəkillərin indiyə qədər İngilis kəşviyyat idarəsinin arxivində saxlanıldığı guman edilir.
18 комментариев
Şərh yazın
Yüklənir...
Kerverin anadan olduğu Revel şəhərinin indiki adı Estoniyanın paytaxtı Tallin şəhəridir.
Doktor, bu informasiya superdir. Fotoalra baxib hezz almaq olar tarixe qush ucushu bir mesafeden.
Salam! Cox deyerli melumata gore minnetdaram!
Çox maraqlı məlumat üçün minnətdaram.
Bizim bloqosferada bu növ yazılar demək olar ki yoxdur. Əslində tariximizin bəzi məqamlarını bilmirik. Sizin yazınızda olan məlumat heç bir tarix kitabında yoxdur. Sizin Beşmərtəbə meydanı haqqındaki yazınızı da oxudum, o da çox xoşuma gəldi.
Bir daha çox sağ olun deyirəm. Ona görə ki, bizim əksər saytlarda olduğu kimi şou biznes və boş-boş mənasız yazılar yazmırsınız.
Məlumata və şəkillərə görə təşəkkürlər!
Həqiqətən mühtəşəmdir…
Təşəkkürlər, çox yararlı yazı idi!
Bu sekilleri mence Azerbaycan hokumeti elde etmelidi. Dexlisiz seylere pul xerclenmekdense bunlara pul xerclenib allinmalidi. Bizim tariximiz onun-bunun ellinde olmamalidi. Artig musteqil bir memleketik…
bilmek olmur bu yazini hardan goturmusen, qaynaq var? bu fotolar harda yayinlanib?
Rəşad, bu yazı heç bir yerdən götürülməyib, özümüz yazmışıq. Qaynaq olaraq kifayət qədər link verilib. Yazını diqqətli oxusaydınız, agah olardınız ki, fotolar Korvin-Kerber ailəsinin şəxsi arxivindən götürülüb və ilk dəfə burda yayımlanıb.
Bir də ki, tanımadığınız bir insana «sən» olaraq müraciyat etmək nəzakətsizlikdir.
doktor, qaynaglarin ve sizin (bax sizin dedim) yazinizin bir birinden keskin bir sekilde ayrilmasi lazimdir. metnde hansi yazilarin size aid oldugunu, hansilarin gaynag oldugunu bilmek olmur.
blogdan megale ciddiyetini gozleyirem, belke bu yersizdir, amma bunun kimi movzularda professional olmag olar. bir de shexsi arxivin harda yerleshdiyini ve hacan getdiyinizi soyleseydiniz daha aciglayici olardi.
Rəşad, açıqlanan mövzunun bir vahid qaynağı yoxdur. Əslində bu yazı birinci dərəcəli qaynaq sayıla bilər, çünki təqdim olunan bəzi məlumatlar eksklyuzivdir (şou-biznes kəliməsinə görə üzr istəyirəm). Təqdim olunan şəkillər və daha əvvəl bilinməyən məlumatlar mənə elektron poçt vasitəsi ilə göndərilib və hal-hazırda fiziki olaraq şəkillərin harda saxlanılmasını bilmirəm. Təxmin edirəm ki, ya Rusiyanın Sankt-Peterburq şəhərindədir, ya da İsraildə. Amma əminliklə deyə bilmərəm. Mənim bu şəkilləri almaq cəhtlərim, təklif etdiyim böyük məbləqlərə baxmayaraq, heç bir nəticə vermədi.
Mən də şərhlərdə cüzi də olsa imla qaydalarına əməl edilməsini gözləyirəm. Misal üçün cümlənin böyük hərflə başlanması kimi. Ən azından bu halda şərhin müəllifinin səriştəliyinə inam olardı.
Dok, bunlar hamsi stereotiplerdir, ne bilim gramatika, boyuk herif, nezakat, (Allaha men sen deyirem, sene men siz mi deyim), bilmirem siz fergindesiz ya yox, bu sekil kiliseyle mescidi eyni cercivede barindirir. (biraz diqqetli baxsag belke sinagogu da taparig). babalarimiz bu geder ireli getmishken biz 21 ci esrde onlarin 1 faizini bele ede bilmirik, facie burdadir.
Rəşad, məncə bu anlamsız və mövzüdan xeyli kənar uğursuz cavab cəhdinizdən sonra, ünsiyyəti kəsməyin tam zamanıdır.
Uğurlar.
Allah razı olsun, Doktor. Olduqca maraqlı faktlar, melumat ve xüsusile de shekillerdir.
Cox gozel ve deyerli melumatdir. Bunun ucun size derin tewekkurumu bildirirem.
Sevindirici haldır ki, yazımızda təqdim etdiyimiz fotolar «25-ci kadr» jurnalının oktyabr sayında dərc olunub.