Dehen-ül a’lâl
4 ноября 2008, ВторникBir qədim Osmanlı kitabxanasında, XVI-cı əsrdən qalma bir əlyazması tapılıb. Gördüyünüz bu şəkildə, o vaxtların həkimlərinin diş haqqındakı təsəvvürü əks olunub. O zamanki düşüncələrə görə diş ağrısının səbəbi dişlərin içində olan qurdlardır. Hətta indi də bəzi insanlar “dişimi qurd yeyib” deyirlər. Rəsmdə də gördüyünüz kimi, dişin içindəki əjdaha insanlara əziyyət verir.