Yumşaq protezlər
Son iki ildir mən heç normal akril yada büqel protez düzəltmirəm. Bunun səbəbi isə keyfiyyət və rahatlıq nöqteyi-nəzərdən bunlardan çox daha yaxşı olan yumşaq neylon və ya termoplastik protezlərin olmasıdır. Köhnə növ diş protezlərin əksər mənfi cəhətlərini bərtərəf edən bu protezlərə tələb getdikcə artır və bununla əlaqədar verilən suallara cavab vermək ehtiyacı yaranıb.
Əvvəlcə qısa bir məlumat: ilk dəfə 1935 ildə kəşf edilən poliamid-66 (poligeksametilenadipinamid) maddəsi ancaq 1996-cı ildən sonra stomatologiyada istifadə olunmağa başladı. Uzun müddət tibdə istifadə olan neylon, öz üstün xüsusiyyətləri, bioloji neytrallığı, sabitliyi, möhkəmliyi və etibarlığı ilə böyük rəğbət qazandı. Həddə süni ürək qapaqları məs bu materialdan hazırlanırdı.
XX-ci əsrin 30-cu illərindən diş protezlərinin hazırlanmasında istifadə olunan akril (Polymethyl methacrylate və ya PMMA) maddəsinin bəzi mənfi xüsusiyyətləri, pasiyentlərin narazılığına səbəb olur.
Akril və ya büqel protezlərinə nəzərən, yumşaq neylon protezlərin əsas üstünlükləri bunlardır:
- Bioloji uyğunluq – neylon maddəsi tamamən neytral olduğu üçün allergiya və şiddətli mədə-bağırsaq problemləri olan hallarda rahatlıqla istifadə oluna bilər.
- Estetikdir – protezin ağızda tutulması üçün heç bir metal qırmaq (klamer) və ya kilidə (ataçment) ehtiyac yoxdur, beləcə protezin estetik görünüşü təmin olunur.
- Möhkəmlik – akril, həddə metal əsaslı büqel protezlərdən fərqli olaraq neylon protezlərin qırılması mümkün deyil. Nümunə olaraq bizdə olan neylon protezi 7-ci mərtəbədən asfalt zəminə atdığımızda belə protez qırılmadı.
- Elastiklik – əksər hallarda dəstək dişlər öz yerlərində düzgün yerləşmirlər və sərt akril protezin taxılıb-çıxarılması çox böyük problemə çevrilir. Amma neylon protezlərin önəmli dərəcədə əyilə bilməsi və ən əsası da yenidən ilkin formasını ala bilməsi xüsusiyyəti onların ən böyük üstün cəhətlərindəndir.
- Dəstək dişlərə zərər verilmir:
- dəstək dişlərə qapaq (koronka) qoyulmasına ehtiyac yoxdur, beləcə dişlər maksimal qorunur.
- standart protezlərin metal klamerləri diş minasına sürtünmə nəticəsində dişlər xarab olurlar, amma neylonun yumşaq olması səbəbi ilə bu növ protezlərin istifadə olunması halında dişlərə heç bir zərər verilmir.
- dəstək yumşaq protezlərin xüsusi forması və daha az mexaniki yüklənmə olması səbəbi ilə, dişlərdə parodontoz halında istifadə olunması daha məqsədə uyğundur.
- Neylon protezlər da yüngül və incədirlər – pasiyentin protezə öyrəşməsi daha tez və zəhmətsiz olur, istifadəsi isə daha rahatdır.
- Dişlərin, protezin və ümumiyyətlə ağızın gigiyenasını təmin etmək daha asandır.
Hal-hazırda istifadə olunan yumşaq protez növləri (Valplast, Flexident, Versacryl, Flexicryl, Versasoft, Pro-flex, Flex-Star V, Ultraflex, Sunflex) yüksək keyfiyyət, rahatlıq və yaxşı estetik xüsusiyyətləri ilə ənənəvi akril diş protezlərinin yeri alıb.
Nümunələr:

8 il əvvəl düzəldilən büqel protez, Valplast-dan düzəldilən protezlə əvəz olundu. Göründüyü kimi yeni protez daha incə və estetikdir. Şəkili böyüdərək daha ətraflı baxa bilərsiniz.


Bir başqa pasiyentin müalicədən əvvəlki halı:

Hazır yumşaq neylon protez:

Müalicədən sonra:

11 şərh var
Şərh yazın
Yüklənir...





[...] Yumşaq protezlər haqqındakı yazımızdan sonra bir necə həkim bizə bəzi texniki məsələlər barəsində [...]
Salam Ferid hekim! Necesen qardash. Sene yazan kohne dostundur. Zehmet olmasa mene kok kanallarinin plomblanmasinda istifade olunan en son materiallar barede yaz. bir de imkan olsa ortodontiya haqqinda yaz.
Salam.
Əslində burda daha çox pasiyentlər üçün malumat veririk, amma çalışaram sizin dediyiniz mövzularda da yazım.
men bunun effektlyine shubhe edirem.cunki yumshaq plastmasin omru az olar,hem de mikroporalar var deye gigiyenik olmaz.bir de klammer,attacment yoxdur deye fiksasiyasi az olar
Sahil bəy, əlbəttə ki, yumşaq plastmasın (yəqin ki “soft acryl” nəzərdə tutursunuz) istifadə müddəti və davamlılığı çox deyil. Amma diqqət etsəniz, bəhs etdiyim protezlər poliamid yani neylon materialındandır. Bunun üçün möhkəmlik, mikroorqanizmların protez səthi üstünə yığılmaması (debris əmələ gəlməsi), dönüşümlü elastiklik (reversible elasticity), mikroporların olmaması v.s. xüsusiyyətlərə görə akrildan qət-qət üstündür.
Protezə xüsusi dizayn verilməsi və materialın mexaniki elastiklik/sərtlik əmsalı nəticəsində, klammer və ya attachment kimi əlavə tutuçu qurğulara ehtiyac qalmır. Beləcə protezin son dərəcə estetik və rahat olması təmin edilir.
Salam həkim,
Mənim üst çənəmdə qabaq hissədə üç yada dörd dişim var, arxa hissədə heçnə yoxdur. Həmin dişlər qizil qapağin altinda olduğu və ona əlavə dişlər bərkidildiyi üçün 3 ya da 4 deyirəm. Bilmək istəyirəm üst çənədə necə etmək olar ki dişlər olsun və normal yemək yeyilə bilinsin.
Alt çənə normaldir.
Sağ olun!
Cəlil bəy,
Olmayan dişlərin bərpasından əvvəl, mövcud olan dişlərin vəziyyəti və sonrakı aqibəti haqqında kifayət qədər məlumata sahib olmaq üçün, rentqet çəkilməsi və dişlərin ətraflı müayinə edilməsi vacibdir.
O ki qaldı olmayan dişlərin bərpasına, bunun üçün bir neçə metod var – implantasiya və müxtəlif növ çıxan protezlər. Bu yazımızda bəhs edilən yumşaq protezlər də olmayan dişlərinizi əvəz edə bilər və normal yemək yeməyinizi təmin edə bilər.
Amma ən yaxşısı, həkimə müraciət edin ki, daha ətraflı müayinə olasınız və müxtəlif növ protezlər haqqında daha ətraflı məlumat ala biləsiniz.
Salam hekim sizi narahat eden geleceyin stomatoloqudur. diwlere ag dishleri-farfor qoyarken dishleri depulpasiya etmemek ne derecede duzgundur?
Ferid Zeynalov, dediyiniz yumwaq protezlerin istifade muddeti ne qederdir?