WhiteLight diş ağardıcı dəst
Daha öncə PhotoShopta dişlərinizi necə bəyazlatmağı izah etmişdik.
İndi isə həqiqətən dişlərinizə asan şəkildə ağartmaq üçün yeni bir sistemi təqdim edirik.
Müasir peşəkar diş ağartma sistemlərinin əsasını, diş minasına aktiv oksigen ilə təsir edərək, səthi təbəqələrə hopmuş piqmentasiyanı mümkün olduğu qədər yox etməkdir. Bunu da ən təhlükəsiz şəkildə ya Carbomide Peroxide, ya da Hydrogen Peroxide maddələri ilə etmək olar. Uzun müddətdir ki, stomatoloqlar diş ağartmaq üçün məs bu maddələrin qarışığından istifadə edirlər və illərcə apardıqları müşahidələr bu maddələrin kifayət qədər yaxşı nəticə verdiklərini təsdiqləyir.
İki növ diş ağartma sistemləri var:
- stomatoloji klinikalarda istifadə olunan xüsusi sistemlər və
- pasiyentlərin evdə istifadə etdikləri sistemlər.
Hər iki sistemdə eyni təsir edici maddələr istifadə olunursa da, onların təsir mexanizmi və təsir gücü eyni deyil. Stomatoloqların istifadə etdikləri xüsusi ağardıcı gellər daha təsirli, amma eyni zamanda düzgün istifadə olmayanda mənfi effekti daha şiddətli olan maddələrdir. Evdə istifadə olunan gellərin qatılığı peşəkar sistemlərdən daha azdır. Beləcə təsir müddətləri daha uzundur və ağartma effektləri daha azdır.
Hər iki növ diş ağartma sistemlərinin mənfi tərəflərini aradan qaldırmaq və eyni zamanda hər iki növ sistemlərinin müsbət tərəflərini cəmləmək üçün, bu hər iki sistem eyni vaxtda istifadə olunur.
Hal-hazırda ən çox işlədilən və ən yaxşı nəticələr verən ağartma peşəkar ağartma sistemləri xüsusi fotoeffekt adı verilən, işıq ilə aktivləşdirilən maddələrə əsaslanan sistemlərdir. Ağardıcı gelin içindəki maddələrə xüsusi dalğa boyundakı şiddətli işıqla təsir edərək, tərkiblərində olan oksigenin daha fəal ortaya çıxması təmin olunur. İstifadə olunan işıq mənbəyi “soyuq işıq” kimi tanınan LED texnologiyası ilə hazırlanan lampalardır. Bu sistemlər arasında ən populyar olan Zoom ağartma sistemləridir. Standart sistemlərdən fərqli olaraq, fotoaktiv sistemlərlə ağartma daha təsirlidir və daha qısa müddətdə aparılır.
Təqdim etdiyimiz WhiteLight diş ağardıcı dəst, evdə istifadə olunan sistem olmasına baxmayaraq, məs fotoeffekt təsiri olan və xüsusi bəsit LED işıq mənbəyinə malik sistemdir. Peşəkar sistemlərdən daha asan və ucuz olan bu dəst vasitəsilə, gündə sadəcə bir necə dəqiqə sərf edərək, çox yaxşı ağardıcı effekt əldə etmək olar. Əslində buna mini-Zoom sistemi də diyə bilərik. Böyük və bahalı cihazlar yerinə, kiçik və ucuz, amma eyni effektlə işləyən WhiteLight diş ağardıcı dəstin istifadə olunması, diş ağardılmasını maddi nöqteyi-nəzərdən daha əlçatan edir.
Tərkibində olan Karbamid peroksid və Hidrogen peroksid maddələri ilə yanaşı müxtəlif aşqarlar, dadlandırıcılar və sabitləşdiricilər var.
İstifadə qaydaları:
- Dişlərinizi adi diş pastası və fırça ilə təmizləyin.
Dişlərinizdə ərpi və ya diş daşları varsa, əvvəlcədən stomatoloqa müraciət edərək peşəkar diş-ağız təmizliyi eləməniz məsləhətdir. - Xüsusi dişləmə qəlibinin hər iki tərəfinə (həm alt, həm də üst dişlər üçün) dəstə daxil olan geli sürtün və ağzınıza yerləşdirin. Gel dişlərin qabaq tərəfinə gələcək şəkildə sürülməlidir. Diş ətlərinə daşan gel mütləq silinməlidir.
- İşıq cihazı, əvvəl dişlənən qəlibə yapışacaq şəkildə, ağıza yerləşdirilir və cihazın üzərindəki düymə basılaraq işə salınır.
- 10 dəqiqə ərsində gözlənilir. Mənfi təsirlərin olmaması üçün bu vaxta diqqət edilməlidir.
- Dişlər, üstlərində gel qalmayacaq şəkildə təmizlənir. Mütləq qəliblər də təmizlənməlidir.
- Bir müddət gözlənildikdən sonra proseduranı təkrarlamaq olar.
- Bu prosedura gündə cəmi 30 dəqiqə (yanı gündə 3 dəfə), 5-7 gün ərzində edilə bilər.
GEEK.az onlayn mağazadan ala biləcəyiniz bu dəsti istifadə etməkdən əvvəl bəzi təlimatlarla tanış olmağınız vacibdir:
- uşaqların əlinə düşməsinə imkan verməyin;
- yatdığınız vaxt istifadə etməyin;
- geli udmayın, ümumiyyətlə yumşaq toxumalarla (dil, dodaq, yanaq, diş əti) təmasdan qoruyun;
- gelin dəri və xüsusilə də gözlərlə təmasına imkan verməyin (təmas olduğu halda su ilə yuyun);
- hamilə və əmzikli xanımların istifadəsi məsləhət deyil;
- ortodontik müalicə müddətində istifadə olunmamalıdır;
- paltar və yeyəcəklərdən uzaq tutun.
4 şərh var
Şərh yazın
Yüklənir...







Доктор, а вы с меня за отбеливание *00АЗН взяли.
Получилось супер, но почему вы мне это не предложили?
Яна, во-первых, разрешите ещё раз выразить восхищение вашими великолепными зубами. Очень редко можно встретить такие ровные, здоровые и красивые зубы как у вас.
К сожалению (или к счастью), когда мы делали вам отбелтвание, в Баку ещё не было этого препарата. К тому же, наша процедура отбеливания более профессиональна и более эффективна.
a kakoy vred mojet pri4init ?
naprimer mojet li povredit emal?
NARA, в принципе этот препарат предназначен для непрофессионального применения (home bleaching), поэтому изначально предусмотрено, что побочные эффекты должны быть минимальными. Любые отбеливающие средства могут применяться только на неповреждённых зубах. Если есть кариес, зубы пломбированны или есть проблемы с дёснами, то отбеливание не рекомендуется.
При применении данного препарата повреждения эмали не происходит. Возможно возникновение временной, небольшой чувствительности.