29 июня 2014, Воскресенье

Press-keramika

Əvvəlki yazımızda metalsız keramika haqqında məlumat vermiştik. Hətda bu mövzu ilə əlaqəli TV kanallarının birində geniş müsahibəmiz də oldu. Bundan sonra göndərilən çox saylı suallara aydınlıq gətirmək üçün xüsusiylə press-keramika haqqında məlumat vermək istəyirik.

estetik disler zirkon

Dişlərin metalsız keramika ilə bərpası üçün müxtəliv növ texnologiyalar mövcutdur. Bunlardan ən müasiyi və ən yaxşı esetik nəticələr verən təzhiqlə hazırlanan (pressləmə) keramika qapaqlardır. Bu texnologiya təbii dişlərə ən yaxın görüntü verə bilən çox möhkəm, yükgül və son dərəcə gigiyenik olan, yüksək dərəcədə kristallaşan Litium disilikat (LiSi2) keramikanın istənilən formada hazırlanmasına əsaslanır. Müxtəlif rənglərdə hazırlanan keramika blokları xüsusi fırınlarda əridilir və əvvəlcədən hazırlanan diş qapaqı formalarına yüksək təziq altında axıdılır. Bu formalarda kristallaşan keramika çox dəqiq və incə qapaqların (koronkaların) hazırlanması ilə nəticələnir. Bu texnologiya ilk dəfə Ivoclar Vivadent şirkəti tərəfindən IPS e.max Press markası altında istehsal olunsada, hal-hazırda çox sayda şirkət bu texnologiyayla məhsullar istehsal edir (DC ConceptPress, Zubler; Creation CP/CP-ZI, Creation Willi Geller; Cergo, DeguDent və sair).

disilikat emax press keramika
Solda metalo-keramika, sağda isə press-keramika — şəffaflıq və estetikada böyük fərq var.

Uzun illərdir stomatologiyada istifadə olunan metalo-keramika qapaqların bir ecə mənfi tərəfləri var. Bunlardan ən əsasları bu növ qapaqların ox estetik olmaması, qapaq kənarlarında və dişətində tündləşmələrə səbəb olmaları, kifayyət qədər möhkəm olmamaları, qarşıda olan dişlərin sürtünməsinə səbəb olmaları və təbii dişlər kimi şəffaf olmamalarıdır.

metalo keramika emax press-keramika
Press-keramika hazırlamaq üçün diş daha az yontulur və beləcə mümkün olduğu gədər qorunur.

Bütün bu nöqsanları ortadan qaldırmaq üçün press-keramikanın istifadə olunması daha məqsədə uyğundur. Yüksək möhkəmlik (400 Mpa), minimal müdaxilə tələb edən (ən az yontulma) və son dərəcə dəqiq restavrasiyalar, 4 mərhələli şəffaflıq tənzimlənməsi və buna bağlı olaraq mükəmməl estetika bu növ qapaqlaqı müasir stomatologiyanın ən yaxşı bərpa üsullarından edir.

metalsiz estetik press farfor disler

Bundan başqa klinikamızda aşağıda sadalanan metalsız keramika növlərindən də estetik bərpalar hazırlanılır:
IPS e.max Press
IPS Empress Esthetic
IPS Empress 2
IPS ProCAD
IPS e.max CAD
IPS e.max ZirPress
IPS e.max Ceram
Lava DVS
Lava Ultimate
Lava Zirconia
Lava Plus
3M ESPE Paradigm MZ100
VITA Suprinity
VITA Enamic
VITA Mark II
VITA In-Ceram
VITA TriLuxe
VITA RealLife
BruxZir
DD BioZX
Z-Crown


22 комментария


  1. Наиля -

    И что вы предлагаете виниры или пресс керамику? Какая держится дольше? Хочу поменять передние 4 зуба они с пломбами


  2. Dr. FZ -

    винир керамикаНаиля ханым,
    — выбор между винирами и коронками определяется в зависимости от определённой ситуации — в некоторых случаях предпочтительны виниры, в некоторых случаях коронки из пресс-керамики.
    — виниры невозможно отбелить или вообще как-то изменить.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...