14 Dekabr 2009, Bazar ertəsi

Metalsız keramika

telefon (50) 326-31-51
Email sizin@stomatoloq.az

Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növ ola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid və sirkon-dioksid əsaslı. Metalsız qapaqların əsas üstün cəhətləri bunlardır:

  • Son dərəcə yüksək estetik keyfiyyətlərə malikdirlər – görünüş, rəng, şəffaflıq və parlaqlıq nöqteyi-nəzərindən təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Bunun üçün də qabaq dişlərin bərpasında ideal nəticələr əldə edilir;
  • Bioloji uyğunluqları yüksəkdir – tamamən ətalətli və qeyri toksik kimyasal tərkibi ilə həm sərt, həm də yumşaq toxumalara qətiyyən heç bir təsir göstərmirlər.

Ən çox istifadə olunan və keyfiyyətini çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü sirkon-dioksid əsaslı qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə yüksəkdir.
Yazının davamında sirkon-dioksid əsaslı estetik restavrasiya hazırlanma mərhələləri və yekün nəticə göstərilib.


Müalicəyə başlamadan əvvəlki vəziyyət – üst qabaq dişlərdə çox da estetik olmayan və periodontal problemlər yaradan metal-keramika qapaqları mövcuddur.

metalo keramika

Köhnə qapaqlar (koronkalar) çıxarıldı, lazım olan müalicə və bərpa proseduraları aparıldı, dişlər metalsız restavrasiyaya uyğun preparasiya edildi. Ölçülər alındı və laboratoriyaya göndərildi. Müvəqqəti qapaqlar hazırlandı və yapışdırıldı.

metalsiz-keramika-1

Laboratoriyada Degudent (Almaniya) firmasının Cercon Smart Ceramics xüsusi CAD/CAM avadanlığı vasitəsilə sirkon-dioksid özül hazırlandı.

Cercon Smart Ceramics

Özül pasiyentlərin dişləri üstündə yoxlanıldı. Tam fiziolojiik uyğunluq və struktur dəqiqliyi təmin edildi.

sirkon oksid

Növbəti mərhələdə, Duceram KISS (Degudent, Almaniya) estetik farfor materialı istifadə olunaraq, sirkon-dioksid özülün üstü, pasiyentin diş formasına və rənginə uyğun olaraq hazırlandı.
Diş texniki Aziz Yalım (“Kapadokya Dental” diş laboratoriyası).

metalsiz-keramika-4

metalsiz keramika

Hazırlanmış qapaqlar ağızda yoxlanıldı, dişləm korreksiya edildi, yumşaq toxuma təması nəzərdən keçirildi. Pasiyentlə birgə lazım olan estetik düzəlişlər edildi.

metalsiz-keramika-6

Nəticədə son dərəcə gözəl, qüsursuz və keyfiyyətli sirkon qapaqlar hazırlandı.

metalsiz-keramika-7

Bizim tərəfimizdən həyata keçirilən bir neçə estetik müalicə nümünəsi:

telefon (50) 326-31-51
Email sizin@stomatoloq.az
Share on Facebook
Post to Google Buzz
Share on FriendFeed
Buzz This


27 şərh var


  1. Dr. Emin -

    Wooow, cox gozel!!!
    Birinci foto ile axirinci arasinda cox boyuk ferg var. Turkler demishken elinize saglig.


  2. Dr.Afaq -

    Görünüşü çox gözəldir, lakin ne derecede möhkrmliyi menim üçün çox maraqlıdır.


  3. Dr. FZ -

    Afaq xannım,
    suala cavab sirkon-dioksid özülün möhkəmliyi polad ilə müqaisə olunacaq dərəcədə yüksəkdir. Bu səhifədə gördüyünüz kimi sirkon-dioksidin bükülmə möhkəmliyi (bending strength) təxminən 900 MPa olaraq göstərilib. Xatırladım ki, polad üçün bu dəyər 700-1200 MPa arasındadır. Ayrıca, bu material 800-900 Newton qədər təzyiqə də asanlıqla dözür. Çeynəmə əsnasında isə dişlər arasındaki təzyiq 200-600 Newton-dur.
    Yani qısaca desək, sirkon-dioksid əsaslı qapaqlar kifayyət qədər möhkəmdirlər.


  4. dent office -

    Salam.
    Bu saytin yaranmasinda butun zehmet cekenlerden allah razi olsun. Men burda yeniyem ilk gorunumden mene xosh tesir bagisladi.


  5. azer -

    Salam.
    Diwlerde ferq var ama bawa duwmediyim 1wekil oz diwidir yoxwa ne?


  6. Dr. FZ -

    stomatologiya AZER, yazını diqqətlə oxusanız, görərsiniz ki, birinci şəkildə daha əvvəl düzəldilmiş qapaqlar (koronkalar) göstərilib.


  7. lamka -

    Salam.
    Cox yaxshi ferq var..Zehmet olmasa, doktor deye bilersiz bu metalsiz keramikanin deyeri ne qederdir (bir dish).
    Cox sag olun.


  8. Dr. FZ -

    sirkon koronka Salam.
    Hal-hazırda sirkon qapaqın qiyməti 350-400 AZN-dır.


  9. ELnur -

    SaLam dokdorLar.
    Sirkonu abrobotka eLemek oLur? MetaLda abrobotka oLunan kimi oLur?
    Tewwekkurler.


  10. Dr. FZ -

    sirkon dishler Salam, Elnur bəy.
    Sirkon gövdə (karkas) kompüterdə dizayn olunduğu və xüsusi yonma cihazı ilə kəsildiyi üçün, sonradan düzəldilməyə, əlavə emal edilməyə ehtiyac yoxdur. Yəni gövdənin hazırlanmasında ümumiyyətlə heç bir əl işi yoxdur. Amma yenə də düzəldilməyə ehtiyac olarsa, bunu xüsusi frezlərlə asanlıqla etmək olar.


  11. Elsad -

    Salam.
    Men qabad dislerimden cox eziyyet cekirdim. Daha doqrusu utanirdim. Amma hekimede getmeye utanirdim. Gulmeyin… heyatda qorxduqum bir Allahdi birde dis hekimi. Amma sonda mecbur oldum getdim hekime. Bu gun dislerim cox gozeldi. Inanin ozumunde xosuna gedir.. Amma bezen qorxuram nese sert bir seye toxunanda fikirlesirem sinar. Bilmek isterdim bu dislerle findiq ve ya qoz sindiranda sinarsa yeniden nece berpa etmek olar.yenisi ile? Ya nese bir basqa yolu var?
    Qabaqcadan tesekkurler.


  12. Fatima -

    Üzrlü hesab edin, amma yazmadan keçə bilmədim. Fındıq və qoz sındırmaq üçün başqa vasitələr də var da. Gərək qoyulma dişlərin arasında sındıraq? :)


  13. Dr. FZ -

    keramika dişlər Fatimə xanım, əslində qoz-fındığı nə süni, nə də təbii dişlərlə qırmaq məsləhət deyil. Amma bunu edən ekstremallar var :D 1 kilo qabıqlı findığı farfor dişlərlə qıran insan görmüşəm, pivə şüşələrini dişləriylə açan qocaqlar var. :lol:


  14. elxan -

    sirkon yaxsidi e ama pasientinde cibini dusunmek lazimdi!


  15. Dr. FZ -

    diş protezləri Elxan bəy, pasiyentlərin sağlığını düşünmək daha doğru olardı.


  16. Sema.Aliyeva -

    Salamun aleykum.
    Dr.FZ sizden örgenmek istediyim bıze qiymetler haqqında da melumat veresenız bizlerı cok mutlu etmış olarsız.
    tşkler


  17. Dr. FZ -

    suala cavab Sema xanım,
    Müalicənin qiyməti konkret veziyyətdən asılıdır və pasiyentin ağız boşluğunu müayinə etmədən nə isə demək doğru olmazdı. Çünki bu növ müalicələr kimpleks ola bilər, bir çox əlavə prosedur və bir neçə seçənək mümkündür.


  18. Nuray -

    Salam hakim.
    Men 3 aydir ki keramik dis qoydurmusam ancag disin ustu – damag benovseyi calardadi. Hansiki o benovseyi rengde olan nahiyede dis olmuyub. Bu neden ola biler?
    Tesekkur.


  19. Dr. FZ -

    keramika dişlər Nuray xanım,
    Belə bir qüsurun əmələ gəlməsi üçün bir necə səbəb var. Konkret vəziyyəti görmədən nə isə demək çətindir. Sadəcə onu deyə bilərəm ki, bu problemə əhəmiyyət verməmək doğru olmazdı – bu nöqsan mütləq düzəldilməlidir, əks halda problem mürəkkəbləşə bilər. Əslində problemin nə olduğunu və bu problemi necə həll oluna biləcəyi haqqında məlumat almaq üçün öz stomatoloqunuza müraciət etməyiniz daha yaxşı olardı.


  20. Inara -

    bes yaxwi qiymetler nechedir?


  21. Dr. FZ -

    keramika diş protezlər İnara xanım,
    Müalicənin qiyməti konkret vəziyyətdən asılıdır, bunu üçün də ancaq həkim müayinəsi, radiyoqrafik analiz və restavrasiya növünün dəqiqləşdirilməsindən sonra müəyyənləşdirilir.


  22. Sevinc xanım -

    Salam.
    Bu yaxınlarda Türkiyədə dişlərimi düzeltdirdim. Çox razıyam, amma mənim bəzi dişlərim var ki, kötük üstündə düzəldilib. Sirkon-dioksidi də kötük üçün şamil etmək olarmı? Bəlkə də mətləbə dəxli olmayan bir sualdır, amma bu məni çox maraqlandırır – sizdə implatasiya edilirmi? İmplatasiyanın ömrü varmı?
    Önceden size təşəkkür edirəm!


  23. Dr. FZ -

    keramika koronkalar Salam, Sevinc xanım.
    Bəli, sirkon-dioksid əsaslı qapaqları hər cür restavrasiyaların üstünə tətbiq etmək olar.
    İmplantasiya ilə məşqul oluruq və hesab edirəm ki, bu müalicə növü çox perspektivlidir. Bu geniş mövzudur, burda ayrıntılı yazmaq çətindir. Düşünürəm ki, bloqumuzun növbəti yazılarından birini bu mövzuya həsr eləsək, daha ayrıntılı izah edə bilərik.


  24. Hecer -

    Bir dish neceye basha gelir?


  25. Dr. FZ -

    farfor koronkalarHəcər xanım,
    Daha əvvəl də yazmışdıq – müalicənin qiyməti konkret vəziyyətdən asılıdır və ancaq həkim müayinəsindən sonra müəyyənləşdirilir.


  26. Elvira -

    Salam.
    Diş qoydurmak isteyirem, amma arxa ve ön dişleri yonmadan bu mümkünmü? Bir diş neçe güne hazır olur?


  27. Dr. FZ -

    suala cavab Elvira xanım,
    Əlbətdə ki bu mümkündür. Bunun üçün olmayan dişinizin yerinə implant yerləşdirmək olar. Bu halda müalicənin müddəti təxminən 2 aydır (bəzi hallarda daha çox ola bilər).


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>



Yüklənir...