29 апреля 2009, Среда

#3

28 yaşlı xanım, sağ üst 2-ci premolyarda (15) ağrı ilə bizə müraciət edib. Diş bir necə ay əvvəl müalicə edilib və plomblanaraq bərpa edilib. Plomblanmadan bir necə həftə sonra dişin üst qismi qırılıb. Pasiyent müalicə edən stomatoloqa müraciət edib, amma bir nəticə alınmayıb və bu vəziyyətdə qalıb. Bizə müraciətdən bir necə gün əvvəl üst sağ bölgədə şiddətli ağrı başlayıb.
İntraoral müayinədə dişin tac hissəsinin olmadığı, diş kökünün dişəti ilə qismən örtülü olduğu müşahidə edildi. Palpasiyada ağrı, diş kökü ucu səviyyəsində şişkinlik müayinə edildi. Radiovizioqrafik (CDR DICOM, Schick Technologies Inc.) olaraq 15-ci dişin kökünün ucu səviyyəsində yad cisim (təxminən perforasiya nəticəsində periodontal aralığa daşan endodontik sement), periodontal aralığın (lamina dura) genişləndiyi və xroniki iltihablaşma aşkar edildi.

Vəziyyət pasiyentə izah edildi və dişin çəkilməsinə qərar verildi.

Lokal infiltrasiya anesteziyası (Ubistesin forte, 1,7 ml, 3M ESPE) edildikdən sonra, 15-ci diş minimal travmatik təsirlə çəkildi. Diaqnostik RVG çəkildi və yad cismin yeri dəqiq təyin olunduqdan sonra, mümkün olan minimal zərər verilərək, alveolar boşluq küretaj edildi, yad cisim tamamən çıxarıldı.

Maxillar sinusun perforasiya olmadığı yoxlanıldı, yara bölgəsi 0.9% NaCl məhlulu ilə irriqasiya edildii və alveolar boşluğa Alveo-Penga tətbiq edildi.

Diaqnostik rentqendə sağ sinus boşluğunda yad cisim aşkar olundu (qırmızı oxla göstərilib). Maxillar sinusun içində də miqrasiya etmiş endodontik sementin olduğu təxmin edildi. Pasiyent bu haqda məlumatlandırıldı və ona lazım olan təlimatlar verildi. Pasiyent 4 gündən sonra nəzarət üçün çağırıldı və ortopantomoqramma (Visiodent VPX 400C) çəkildi. Pasiyent müayinə və konsultasiya üçün otolarinqoloq və üz-çənə cərrahına göndərildi.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...