21 февраля 2009, Суббота

# 2

33 yaşlı xanım, alt sol 2-ci premolyarda (35) ağrı ilə müraciət edib. Anamnezdə dişin bir il əvvəl müalicə olunduğu və mütamadi ağrıların təkrarlandığı aşkar olundu. İntraoral müayinədə perkussiyada ağrı, 34-35 interdental aralıqda şişkinlik, palpasiyada minimal hərəkətlilik müayinə edildi. Radiovizioqrafik (CDR DICOM, Schick Technologies Inc.) olaraq 35-ci dişin medial tərəfində yad cisim (təxminən perforasiya nəticəsində periodontal aralığa daşan sement və guta-perça parçaları), ətraf interdental septada rezorbsiya və xroniki iltihablaşma aşkar edildi.

Vəziyyət pasiyentə izah edildi.

Mandibulyar və lokal infiltrasiya anesteziyası (Ubistesin forte, 1,7 ml, 3M ESPE) edildikdən sonra, 34-35 interdental aralıq dərin küretaj edilərək yad cismin çıxarılmasına cəhd edildi. Aparılan manipulyasiyalar istənilən nəticəni vermədi və yad cismin diş toxumalarına yapışıq olduğu aşkarlandı. Dişin çəkilməsinə qərar verildi və minimal travmatik təsirlə diş çəkildi. Alveolar boşluq küretaj edildi, yad cisim tamamən çıxarıldı, yara bölgəsi 0.9% NaCl məhlulu ilə təmizləndi və alveolar boşluğa Alveo-Penga tətbiq edildi.
Pasiyentə gərəkli təlimatlar verildi.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...