22 января 2008, Вторник

# 1

51 yaşlı xanım, sol üst 1-ci premolyarda (24) ağrı ilə müraciət edib. Diş bir necə il əvvəl müalicə edilib və metal-keramik qapaqla bərpa edilib. İntraoral müayinədə dişin anormal duruşda (mezio-distal dönmə) olduğu təyin edildi. Perkussiyada ağrı, diş kökü ucu səviyyəsində şişkinlik, palpasiyada minimal hərəkətlilik müayinə edildi. Radiovizioqrafik (CDR DICOM, Schick Technologies Inc.) olaraq 24-ci dişin vestibulyar kökünün ucu səviyyəsində yad cisim (təxminən irriqasiya üçün istifadə olunan iynə qırığı), palatinal kökünün içində isə qırılmış lentulo, bifurkassiya bölgəsində interdental septada rezopbsiya və xroniki iltihablaşma aşkar edildi.

Vəziyyət pasiyentə izah edildi və dişin çəkilməsinə qərar verildi.

Lokal infiltrasiya anesteziyası (Ubistesin forte, 1,7 ml, 3M ESPE), metal-keramik qapağın və kanal içi ştiftin çıxarılmasından sonra minimal postoperativ travmanın olması üçün vestibulyar və palatinal köklər hemiseksiya edilərək ayrıldılar və çıxarıldılar. Alveolar boşluğa steril endodontik alət yerləşdirilərək diaqnostik RVG çəkildi və yad cismin yeri dəqiq təyin olunduqdan sonra, mümkün olan minimal zərər verilərək, forseps vasitəsilə çıxarıldı.

Maxillar sinusun perforasiya olmadığı yoxlanıldı. Yara bölgəsi 0.9% NaCl məhlulu ilə təmizləndi və alveolar boşluğa Alveo-Penga tətbiq edildi. Pasiyentə gərəkli təlimatlar verildi və 1 ay sonra nəzarət üçün gəlməsi xahiş edildi.

Share on Facebook
[`google_buzz` not found]
[`friendfeed` not found]
[`yahoo_buzz` not found]


5 комментариев


  1. Scarlet_Ohara -

    Yaziq qadin ne eziyyetden kechib Allah bilir 🙁


  2. Em-inn -

    Doğurdan da yazıq xanım dişini kiminsə səhfinə görə itirib. Pis cıxmasıb, amma bizim Tibb Universiteti bundan artıq təhsil verməyəcək ki…


  3. orxan -

    Maksimum lazımlı olan maliceni elemisiz Ferid mellim. Ankaradan mezuna da bu yarashar. Eliniz golunuz var olsun.


  4. togrul -

    düzdü


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...