4 декабря 2012, Вторник

Отбеливание зубов

Dişlərin ağardılmasına dair mövzu çox genişdir və burda bir çox nüanslar və təfərrüatlar vardır, buna görə də əsas məqamları qısaca təsvir etməyə çalışacam.

dişlərin ağardılması - əvvəl və sonra

Ümumi məlumat. Dişlərin ağardılmasının iki növü mövcuddur: kabinetdə (aparatla, kabinet ağardılması) və evdə (qeyri-peşəkar, ev ağardılması). Peşəkar ağardılma həkim nəzarəti altında aparılır, xüsusi izolyatorlardan, ayrıca gellərdən və aktivatorlardan istifadə olunur. Aktivatorlar qismində, yəni kimyəvi reaksiyaları sürətləndirən vasitələr kimi ultrabənövşəyi şüalanma, lazer şüalanması, istilik (infraqırmızı şüalanma) və xüsusi kimyəvi birləşmələr (katalizatorlar) çıxış edə bilər. Hazırda ən çox yayılmış və səmərəli metod LED lampalardan (“soyuq işıq” adlandırılan) və kimyəvi aktivləşən gel qarışıqlarından istifadə etməklə fotoağartmadır. Ağardıcı gellərin tərkibində müxtəlif konsentrasiyalarda karbamid peroksid (Carbomide Peroxide) və hidrogen peroksid (Hydrogen Peroxide) vardır. Bakıda tez-tez istifadə olunan üsullar Luma cool və ZOOM aparatları ilə ağartmadır.

Ev şəraitində ağardılma zamanı əhəmiyyətli dərəcədə az konsentrasiyalı aktiv maddələrə malik xüsusi kappalardan (dişlərə geydirilmiş qoruyucu və depozit funksiyasını yerinə yetirən plastinkalardan) istifadə edilir. Kappalar hər bir pasiyent üçün xüsusi olaraq hazırlanır və onun dişlərinə və diş cərgələrinə tam şəkildə uyğun gəlir. Həmçinin də ev şəraitində minimal güclü LED aktivatorlarından istifadə edən modifikasiya olunmuş ağartma sistemləri mövcuddur. Ancaq əlbəttə ki onlar peşəkar ağartma metodlarından daha az effektlidir.

Çox zaman bu metodların hər ikisindən (kabinet və ev şəraitində ağartma) eyni zamanda istifadə olunur. Yeri gəlmişkən, daha çox effektli ağardılma məhz o zaman müşahidə edilir. Biz öz təcrübəmizdə kimyəvi peşəkar ağartma metodikasını tətbiq edirik, belə ki o daha sadə və effektli ağartma üsuludur. Bizim tərəfimizdən daha təhlükəsiz, daha çox ağartma effektinə malik və sürətlə təsir göstərən sistem olan BOOST sistemindən istifadə olunur. Zərurət yarandığı təqdirdə eləcə də Kapp və Opalescence PF preparatından istifadə etməklə kombinasiya edilmiş (kabinet və ev şəraitində ağartma) ağartma tətbiq olunur.

Aşağıdakı nüanslara diqqət yetirmək mütləq vacibdir:

  • Ağartmanın yalnız faktiki olaraq sağlam, zədələnməmiş dişlər üzərində, yəni heç bir nöqsanı (kariyes, emal təbəqəsinin aşınması, qopuqlar, çatlar və sair) olmayan dişlərə tətbiq edilməsi tövsiyə olunur. Əgər dişlərdə plomb vardırsa, ağartma prosedurundan sonra onları dəyişdirmək məsləhət görülür. Əgər mövcud olan plomblarda nöqsanlar vardırsa və yaxud onlar qənaətbəxş səviyyədə deyilsə, o zaman ağartmanın tətbiq edilməsi ümumiyyətlə məsləhət deyil, çünki hiperhəssaslıq və pulpit (diş özəyinin iltihabı) əmələ gəlməsi riski çox böyükdür.
  • Paradontozun mövcudluğu da dişlərin ağardılması prosedurunun həyata keçirilməsi üçün əks göstəriş hesab edilir. Əgər qinqivit vardırsa, o zaman dişlərin ağardılmasına qədər tamamilə müalicə olunmalıdır.
  • Ağartma prosedurunun aparılmasından öncə mütləq dişlərin peşəkar təmizlənməsi (ultrasəs skelinq, hava ilə təmizləmə) həyata keçirilir, yəni diş daşları və bakterial təbəqə tamamilə kənarlaşdırılır.
  • Seanslar nə qədər çoxdursa, ağartma o qədər uzun və yavaş aparılır — əmələ gələn effekt daha uzundur və davamlı nəticə də daha çox müddətədir.
  • Dişlərin ağardılmasından sonra həssaslığın aradan qaldırılması və mənfi təsirlərin qarşısının alınması üçün bir neçə seans remineralizasiya həyata keçirmək lazımdır.

dişlərin ağardılması - əvvəl və sonra

Dişlərin ağardılması ziyanlı deyil ki? Peşəkarcasına həyata keçirildikdə və istifadə olunan preparatın seçimi düzgün olduqda dişlərin ağardılması tamamilə ziyansızdır. Əmələ gələn cüzi həssaslıq normal hesab edilir və yerli həssaslığı azaldan preparatlarla aradan götürülür. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, remineralizasiya edən vasitələrdən istifadə bütün riskləri tamamilə aradan qaldırır.

Dişlərin ağardılmasını hansı tezlikdə etmək tövsiyə olunur? Dişlərin ağardılması kosmetik (imic) prosedurdur və buna görə də yalnız pasiyentin istəyinə görə həyata keçirilir. Biz onu ildə bir dəfədən tez olmamaqla tətbiq etməyi məsləhət görürük. Ancaq profilaktiki təmizləməni yaxşı olar ki hər 6 aydan bir aparasınız.

Ağardılma prosedurundan sonra dişlərin bəyazlığı nə qədər müddətə saxlanılır? Əlbəttə ki, hər şey çox fərdidir və həm ağız boşluğunun gigiyenasından, həm də dişlərin ilkin vəziyyətindən asılıdır. Normal şərtlər daxilində dişlərin bəyazlığı 10-14 ay qalır. Buna görə də biz bu proseduru ildə bir dəfə təkrarlamağı tövsiyə edirik.

Dişlərin ağardılması üçün yaş məhdudiyyəti mövcuddurmu? Avropa standartlarına görə ağartmanı həyata keçirməyə 14 yaşdan etibarən başlamaq olar, ancaq biz bunu yalnız 18 yaşdan yuxarı olan pasiyentlərimizdə edirik. Yuxarı yaş həddi yoxdur. Başlıcası odur ki dişlərin vəziyyəti müvafiq prosedurun həyata keçirilməsinə imkan versin.

Əgər dişlərin ağardılması arzu olunan nəticə verməmişdirsə nə etməli? Bəzi hallarda (tetrasiklinlə boyama, flyuoroz, idiopatik boyama, iatrogen boyama və sair) ağartmanın effektivliyi həqiqətən də cüzi olur. Bu halda mikroabraziya, laminasiya və estetik protezləşdirmə kimi daha radikal metodlar tətbiq edilir.

Ağartmanı sinirləri çıxarılmış dişlərdə də etmək olarmı? Olar. Bundan ötrü xüsusi vasitələrdən istifadə olunur, hansılar ki diş boşluğuna daxil edilir və ağartma prosesi daxildən aparılır. Daha öncə doldurulmuş diş kanalı açılır, xüsusi ağardıcı preparat yerləşdirilir və diş bir neçə günlük müvəqqəti plombla örtülür. Həmin prosedur bir neçə dəfə, arzu edilən nəticənin əldə olunmasına qədər aparıla bilər. Ağartmanın bitməsindən sonra diş tamamilə plomblanır. 

Əgər ağardılması zəruri olan dişlərdə plomb vardırsa, nə etməli? Əgər plomblar yaxşı keyfiyyətdədirsə və heç bir zədəsi yoxdursa, ağartma prosedurundan sonra onları yeniləri ilə əvəzləmək lazımdır. Əgər mövcud plomblar qənaətbəxş səviyyədə deyilsə və dişlərdə nöqsanlar vardırsa, o zaman bu köhnə plombları çıxartmaq, diş boşluğunu yaxşıca müvəqqəti plombla hermetikləşdirmək, daha sonra ağartma və həssaslığın aradan qaldırılması üçün bütün prosedurları həyata keçirmək və artıq bundan sonra dişləri daimi plomblarla bərpa etmək lazımdır. Yekun tamamlayıcı mərhələ kimi dişlərin remineralizasiyası həyata keçirilir.

Satışda olan ev şəraitində ağartma vasitələri effektivdirmi? Onlar ziyanlı deyil ki? Apteklərdə və marketlərdə satılan ağardıcı pastalar, gellər, karandaşlar, laklar və digər oxşar vasitələr əlbəttə ki peşəkar vasitələrdən daha az effektlidir və əksər hallarda isə ümumiyyətlə effektli deyildir. Onlarda aktiv ağardıcı maddələrin konsentrasiyası çox aşağıdır və parlaqlıq effekti əldə olunmur. Ağardıcının konsentrasiyasının çox olduğu halda isə düzgün olmayan istifadə və dişlərə ziyan yetirilməsi riski mövcuddur.

Tərcümə: Altay Cəfərov
meslehetdir.com/disleri-nece-agartmaq-olar

Səhifələr: 1 2


10 комментариев


  1. bextiyar seferov -

    diwlerim saralib aqartmaq isdeyirem. nece edim?


  2. Dr. FZ -

    diçlər ağardılması diş daşıBəxtiyar bəy,
    Dəşlərin ağardılmasını özünüz edə bilməzsiniz. Bunun üçün stomatoloqa müraciət etmək lazımdır.


  3. Turane -

    salam
    men bilmek isteyerdimki siz disleri neceye agardirsiniz? ve nece muddete agarir?


  4. Dr. FZ -

    dişlərin ağardılması bəyazladılması bəyaz diş ağ dişlərTuranə xanım,
    Əksər hallarda dişlər iki seansda (hərəsi 40 dəqiqə) ağardılır. Çox nadir hallarda (rənglənmə çox tundursə) daha çox ola bilər.

    Dişlərin ağardılması — 300-500 AZN (ilkin vəziyyətdən asılı olaraq).


  5. Lala -

    salam.
    ya xotela sprosit mne nujno postavit 3 plombi na zubi u kotorix uje udalili nervi. skolko eto mne budet stoit?
    spasibo.


  6. Dr. FZ -

    пломба пломбированиеЛала ханым,
    Всё зависит от конкретного состояния зубов, т.к. очень много видов пломбирования и выбор зависит от проблемы — от 40 до 180 AZN. Поэтому точную информацию о виде лечения, цене и времени можем дать только после осмотра и рентгена.


  7. solik -

    salam!
    men laminat vinir diwlerinin giymetini bilmek isteyirdim, zehmet olmasa yazarsiz.


  8. Dr. FZ -

    Salam.
    Növündən asılı olaraq bir ədəd lamina vinir 400-500-600 AZN-dır.


  9. Cinare -

    Здравствуйте. Мне необходимо лазерное отбеливание, так как сама эмаль желтая. У Вас есть Лазерное? И сколько стоит?


  10. Dr. FZ -

    лазерное отбеливаниеÇinarə xanım,
    Мы полностью отказались от светового (так называемого лазерного, хотя это не лазерное) отбеливания, т.к. у этого метода есть несколько минусов.
    Для отбеливания зубов мы используем самое прогрессивное химическое отбеливание по методике BOOST, т.к. оно самое безопасное, эффективное и быстрое.

    Ультразвуковая чистка и полировка — 60 AZN.
    Air-flow (пескоструй) — 60 AZN.
    Отбеливание — 300-500 AZN (в зависимости от первоначальной ситуации).


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...