7 Dekabr 2008, Bazar

Partnyorlarımız

Hərdən bizə e-mail yazıb soruşurlar ki, filan şirkətlə işləyirsiniz, filan şirkətin əməkdaşlarına xidmət göstərirsiniz ya yox. Bütün bu suallara bir dəfəlik cavab vermək üçün, müqavilələrimiz olan bütün şirkətlərin siyahısını hazırladıq. Maraqlananlar bu yazının davamında əməkdaşlıq etdiyimiz şirkətlərlə tanış ola bilərlər.

P.S.
Qeyd etmək istəyirik ki, bundan başqa Beynəlxalq Sığorta (IIC) və Xalq Sığorta şirkətlərinin bütün müştərilərinə xidmət göstərilir.



2 şərh var


  1. Gibraltares -

    Doktor Salam!
    Bəs başqa sığorta şirkətində sığorta olunana Siz xidmət göstərmisiz?


  2. Dr. FZ -

    Əlbəttə ki, biz Atəşgah Sığorta, Beynəlxalq Sığorta və Xalq Sığorta ilə yanaşı, başqa sığorta şirkətləri müştəriləri ilə də işləyirik. Amma bu halda qəbul və ödəniş üsulları bir qədər fərqlidir. İstənilən sığorta müştərisinə xidmət göstəriləndən sonra, pasiyent xidmət haqqını nağd pulla ödəyir, bunun qarşılığında qəbz (qayəmə) alır və sığortalı olduğu şirkətə təqdim edərək ödədiyi məbləği geri alır. Qəbzlə bərabər, pasiyentə ona məxsus olan Xəstə Kartının nüsxəsi də verilir.
    Təbii ki, sığorta şirkətlərinin daxili qaydaları fərqli olduğu üçün, əvvəlcədən qəbzin qəbul edilib-edilməyəcəyini və ya hansısa başqa bir təsdiqləmə sənədinin lazım olub-olmadığını dəqiqləşdirmək zəruridir.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>



Yüklənir...