Ağrıkəsici dərmanlar
Stomatoloqa müraciət edən insanların əksəriyyəti ağrı problemi ilə üzləşdikləri üçün, ən çox verilən suallardan biri də ən tez və ən güclü təsir edən ağrıkəsici dərmanlar haqqındadır.
Ümumiyyətlə diş ağrısını ən tez kəsən dərman – stomatoloqdur.
Təəssüflər olsun ki, içilən dərmanların təsir etməyə başlaması müddəti 1-2 saatdan tez deyil. Yanı hər hansı bir dərman udulandan sonra ancaq 1-2 saat sonra ağrıkəsici effekti başlayır, çünki dərman mədədə əriməlidir, daha sonra bağırsağa keçməlidir və orda həzm olub qan dövranına qatılmalıdır. Təbii ki, bu da vaxt alıcı prosesdir. Amma hal-hazırda təz əriyən həblər (rapid) istehsal olunur, bunlar arasında həmçinin ağrıkəsicilər də var.
İnyeksiya şəkilində verilən dərmanlar bundan çox daha tez təsir edir, amma onların istifadə edilməsində bəzi məhdudiyyətlər var.
Ağrının azaldılması üçün problemli dişin təmizlənməsi, soyuq və ya isti təsirindən uzaq tutulması məsləhətdir. Və əlbəttə ki, ən yaxşısı həkimə müraciət etməkdir.
İstifadə oluna biləcək tez təsirli ağrıkəsici dərmanlar:
- Xefocam Rapid (başqa adı Лорноксикам Рапид) – təsir etməyə başlama müddəti çox qısadır, təsir gücü də pis deyil. Amma bizim apteklərdə tapmaq çətindir.
- Voltaren Rapid – toz şəkilində bir dərmandır, suda əridilərək içilir. Əridilmiş halda olduğu üçün təsir etmə vaxtı adi dərmanlara görə qısadir.
- Rapten Rapid – standart diklofenak tərkibli bu həblərində təsir etməsi digərləri görə bir az tezdir.
- Felden Flash – dilin altına qoyulub əmilən bu həblərin təsir etməyə başlama vaxtı çox qısadır və diş ağrılarında çox yaxşı effekt verir. Bizim apteklərdə tapmaq həddindən artıq çətindir.
ADLARI ÇƏKİLƏN DƏRMANLARI QƏBUL ETMƏKDƏN ƏVVƏL MÜTLƏQ HƏKİMLƏ MƏSLƏHƏTLƏŞİN.
ПЕРЕД ПРИМЕНЕНИЕМ ВЫШЕ НАЗВАННЫХ ЛЕКАРСТВ ОБЯЗАТЕЛЬНО ПРОКОНСУЛЬТИРУЙТЕСЬ С ВРАЧОМ.
Şərh yazın
Yüklənir...






