Həyat

4 октября 2011

Kursu ortodontiya magistrı Dr. Zaur Zeynalov (BDS, DDS, MS, M.Orth) aparacaq. Pulsuz kurs 7-8 oktyabr 2011-ci il tarixində «VİTAStom» şirkətinin konfrans zalında keçiriləcək.
Ünvan: Zivərbəy Əhmədbəyov küç., 1. (m. Nizami qarşısı)
Əlaqə: (050/055) 3263161, zaur@orthodontics.az

Maraqlananlardan xahiş olunur ki, oktyabırın 5-nə qədər Azəri Ortodontlar Dərnəyinin rəsmi saytında qeydiyyatdan keçsinlər.

Sertifikasiyaya hazırlıq

29 декабря 2010

AR Nazirlər Kabinetinin 8 iyun 2010 tarixli «Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası» qərarına əsasən, Səhiyyə Nazirliyi xüsusi Yaddaş Kitabçası dərc edərək, sertifikasiya imtahanlarının hansı qaydada aparılacağını izah etmişdi. Belə bir test imtahanının ilk dəfə təşkil olunduğunu nəzərə alaraq, hər ixtisas üzrə nümunəvi test suallarının toplusu da açıqlanmışdi.
Stomatologiya üzrə suallarla tanış olanda, təəssüflə qeyd etdik ki, sualların böyük əksəriyyəti rus müəlliflərin kitablarına əsasən hazırlanmışdır. Nə üçün dünya səviyyəsindən çox daha zəyif olan rus tibb məktəbi nümunə olaraq alınıb? Məgər Qərb tibb sistemi nümunə olaraq alınsaydı, daha yaxşı olmazdı? Əfsuslar olsun ki, müstəmləkəçilik düşüncəsi hələ də üstünlükdədir.
Daha öncə xəbər verilmişdir ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start veriləcək. İndi isə Səhiyyə Nazirliyi imtahanların keçirilmə qrafikini elan edib. Bu qrafika görə Stomatologiya ixtisasına aid ilk imtahan 23 fevral 2011 il tarixində, daha sonra 1 iyun 201112 oktyabr 2011 tarixlərundə keçiriləcəkdir. Ayrıca 16 noyabr 2011 tarixində Üz-çənə cərrahiyyəsi ixtisası üzrə imtahan keçiriləcək.
Həmkarlarımıza kömək məqsədi ilə, Stomatologiya ixtisası üzrə sualların hazırlanmasında istifadə olunan kitabları elektron formatda təqdim edirik. Ümid edirik ki, bu az da olsa stomatoloqlarımızın peşəkərlıq səviyyəsinin artmasına töhfə olacaqdır.

Davamı »

Google Earth, 1917-1918, Bakı.

1 декабря 2010

Zənn etməyin ki, Google Earth-dən əvvəl Bakının havadan çəkilmiş fotoları olmayıb. 1917-ci ildə dəniz təyyarəçisi, ştabs-kapitan Viktor Lvoviç (Ludviqoviç) Korvin-Kerber ilk dəfə olaraq Bakının havadan foto çəkilişini aparıb. Çekiliş M-5 hidroplanından həyata keçirilib.
Davamı »

AOD 6-cı Elmi-Praktiki Seminarı

13 октября 2010

ortodontiya17 oktyabr 2010 il, saat 10.00-da, Xəzər Universetinin B.Səfəroqlu 122 ünvanında yerləşən binasında Azərbaycan Ortodontlar Dərnəyinin «Ortodontik müalicə məqsədi ilə dişlərin çəkilməsi — çətin seçim qarşısında» mövzulu 6-cı elmi-praktiki seminarı keçiriləcək. İştirak pulsuzdur.

Elmi proqram bitəndən sonra, seminar iştirakçıları arasında lotereya keçiriləcək. Qaliblər DENTAURUMORMCO şirkətlərinin məhsulları ilə mükafatlandıracaqlar.

Yeni müsahibəm

3 октября 2010

“Sağlam Xəbər” qəzetində dərc olunan müsahibəmlə bu qəzetin saytında tanış ola bilərsiniz.

Davamı »

Colgate Plax

25 сентября 2010

Don’t mask it. Eliminate it.