26 июня 2008, Четверг

Hərbi parad

Bir müddətdir hər səhər evimizin ətrafında yığışan çox sayda əskərlərin səsindən oyanırdıq. Amma hələ bilməyin ki biz bundan narazıydıq. Yox. Çünki biz bu əskərlərin və hərbi texnikanın küçəmizdə niyə yığıldığını bilirdik.  Üstümüzdən uçan təyyarələr və yollarımızın bağlı olması bizi heç də narahat etmirdi. Əksinə, biz sevinirdik.

Və nəhayət bu gün (26.06.08) Azərbaycan Ordusu günündə Azadlıq meydanında hərbi parad keçirildi. Təsüflər olsun ki, bizi bu parada buraxmadıar. Amma işin ən yaxşı tərəfi o idi ki, bütün parad iştirakçıları və hərbi texnika bizim pəncərələrimizin qabağından keçdilər.

Bu qəhraman əskərimiz isə bütün görənləri heyran etdi. Yaraşıqlı forması, sinəsindəki medalı və belindəki qılıncı ilə Əsl Azərbaycan Əskərini gördük.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...