15 октября 2009, Четверг

BIHE 2009

Stomatology Azerbaijan 2009 Hər il təşkil olunan Səhiyyə Sərgisi çərçivəsində artıq 4-cü dəfədir ki Stomatologiya Sərgisi də keçirilir. Keçən il bu sərgi haqqında yazmışdım və hətta belə bir proqnoz da irəli sürmüşdüm ki, gələn ilki sərgi (yanı 2009) daha da zəif olacaq. Təəssüflər olsun ki, belə də oldu.
Sərgini ziyarət edənlərin sayı kifayət qədər çox olsa da, iştirakçı şirkətlərin sayı, təqdimatların sayı, ümumiyyətlə sərgilənən məhsulların sayı ildən ilə azalır. Qəribə bir vəziyyətdir. Tibb sahəsi inkişaf edir, yeni klinikalar, xəstəxanalar çoxalır, səhiyyə sahəsində işləyən şirkətlərin sayı gündən günə artır, yeni texnologiyalar, yeni avadanlıq, yeni preparatlar gətirilir, amma ölkənin yeganə tibb sərgisində (həm də ildə sadəcə bir dəfə keçirilən sərgisində) heç kim iştirak etmək istəmir. İştirak edənlər də bunu sərgi kimi yox, bir satış yarmarkası kimi gəbul edirlər və ancaq bu məntiqlə hərəkət edirlər.
Əslində bu ilki sərgidən heç yazmağa dəyməzdi, amma VitaStom şirkətinin ilk dəfə sərgidə canlı əməliyyat nümayiş etdirməsi, bunun üçün xüsusi, yüksək səviyyəli texniki avadanlıqla tərtib edilmiş stend qurması təqdirə layiqdir və bu haqda yazmağa dəyər.

Afa AgazadeDr. Afa Ağazadənin sərgi iştirakçılarına canlı implantasiya əməliyyatı təqdim etməsi bəlkə də bu sərginin ən maraqlı və ən yadda qalan məqamı idi. Sözün düzü bu yenilikdən başqa üç gün ərzində keçirilən sərgidə maraqlı heç nə olmadı.

bihe 2009

stomatologiya


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...