28 ноября 2008, Пятница

Azərbaycanın qeyri-adi yerləri

Azərbaycanda heç bilmədiyimiz, görmədiyimiz o qədər çox gözəl yerlər var ki. Bunlardan bəziləri haqqında məlumat vermək istəyirəm. Şəkillə böyüdərək baxa bilərsiniz.

CheildagBakıdan cəmi 55 km. uzaqlıqda, Qaradağ rayonunda, qəribə bir yer var — Çeyildağ. Sanki başqa bir planetdir bura, qeyri adi mənzərisi, palçıq bulaqları, qurumuş ölü torpaq.
Əslində belə yerlər Qobustan ətrafında çoxdur, amma təsüflər olsun ki, bunlar haqda bizdə çox az məlumat mənbəyi var. Turistlər üçün isə heç yoxdur.

QubaQuba dağlarında hələ qeyri-adi yerlər var ki, bəlkə də dünyanın ən məhşur qiş kurortlarında belə yerlər yoxdur. Misal üçün bu şəkildə gördüyünüz yer, Qubadan cəmi 20 km. uzaglıqdadır. Heç bir turistik şəraiti olmayan bu yeri, Azərbaycanda işləyən xaricilər tapıblar və hər qış Bakıdan xüsusi avtobuslar tutaraq Qubaya, ordan isə piyadə oralara gedirlər. Təbii ki, bunu ancaq müəyyən alpinist təcrübəsi olan insanlar edir. Amma gedib oraları görənlər, bütün cətinliklərə baxmayaraq, bu yerlərdən heyran qalırlar.

LazaQafqaz dağlarının ən uca təpələrinə yaxın, Bakıdan 180 km, Qusar rayonunda, Laza (Лацар) deyilən yerdə, donmuş şəlalələr vadisi var. Yayda bu yerlərdə xırda dağ cayları axır, qışda isə mənzərə tamamən dəyişir. 1700 metrə yüksəklikdə olan o vadiyi görmək asan deyil, ancaq təcrübəli bələdçilər yolu tanıyırlar. Heç normal yolu olmayan bu yerlərdə heç bir turistik məkan yoxdu.

SiyezenSiyəzən rayonunda isə şəkildə gördüyünüz çox gözəl bir yer var. Dəqiq bilmirən hardadır, ora necə getmək olar. Bilən varsa, xəbər versin.


7 комментариев


  1. Sevinc -

    woowww, söz ola bilməz, biri birindən gözəl 🙂


  2. Agil Guliyev -

    Salam. Siyezen rayonunda chekilen fotodaki bu mekan — Beshbarmag dagidir mence eziz dost


  3. Dr. FZ -

    Mən biləni axı Beşbarmaq bu gədər yüksək dağ deyil? Amma ola bilər…


  4. tural -

    Salam.
    Siyezen aid sekil ( XIDIZINDE PIRI ) BESHBARMAQ dagidir. Siyezende kimnen sorushsan hami cavab verecek.


  5. pərviz -

    Siyəzən həhqiqətəndə gözəl yer imiş.


  6. Covhar -

    Siyezenden olan shekil Beshbarmaq piridir, cunki Siyezende yalniz Besbarmaqin altindan asfalt yol kecir..Bawqa zirvelerin hec birinin altindan asfalt yol kecmir.


  7. orxan -

    Men Siyezende yasayiram. Siyezenin gozel menzereli istirahet yerleri, gozel serin bulaqlari var. Qala suyu boyrekde olan daslara mualicevi komeyi olur.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...