Sertifikasiyaya hazırlıq
AR Nazirlər Kabinetinin 8 iyun 2010 tarixli “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” qərarına əsasən, Səhiyyə Nazirliyi xüsusi Yaddaş Kitabçası dərc edərək, sertifikasiya imtahanlarının hansı qaydada aparılacağını izah etmişdi. Belə bir test imtahanının ilk dəfə təşkil olunduğunu nəzərə alaraq, hər ixtisas üzrə nümunəvi test suallarının toplusu da açıqlanmışdi.
Stomatologiya üzrə suallarla tanış olanda, təəssüflə qeyd etdik ki, sualların böyük əksəriyyəti rus müəlliflərin kitablarına əsasən hazırlanmışdır. Nə üçün dünya səviyyəsindən çox daha zəyif olan rus tibb məktəbi nümunə olaraq alınıb? Məgər Qərb tibb sistemi nümunə olaraq alınsaydı, daha yaxşı olmazdı? Əfsuslar olsun ki, müstəmləkəçilik düşüncəsi hələ də üstünlükdədir.
Daha öncə xəbər verilmişdir ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start veriləcək. İndi isə Səhiyyə Nazirliyi imtahanların keçirilmə qrafikini elan edib. Bu qrafika görə Stomatologiya ixtisasına aid ilk imtahan 23 fevral 2011 il tarixində, daha sonra 1 iyun 2011 və 12 oktyabr 2011 tarixlərundə keçiriləcəkdir. Ayrıca 16 noyabr 2011 tarixində Üz-çənə cərrahiyyəsi ixtisası üzrə imtahan keçiriləcək.
Həmkarlarımıza kömək məqsədi ilə, Stomatologiya ixtisası üzrə sualların hazırlanmasında istifadə olunan kitabları elektron formatda təqdim edirik. Ümid edirik ki, bu az da olsa stomatoloqlarımızın peşəkərlıq səviyyəsinin artmasına töhfə olacaqdır.
![]() |
Боровский Е.В. Терапевтическая стоматология. Издательство “Медицинское информационное агентство”, Москва, 2004. Yükləmək (PDF – 4.77 Mb) |
![]() |
Туати Бернар, Миара Пол, Нэтэнсон Дэн Эстетическая стоматология и керамические реставрации. Издательский Дом “Высшее образование и Наука”, Москва, 2004. Yükləmək (PDF – 21.4 Mb) |
![]() |
Е.Н.Жулёв Металлокерамические протезы. Издательство НГМА, Нижний Новгород, 2005. Yükləmək (PDF – 47.3 Mb) |
![]() |
Воронов А.П., Лебеденко И.Ю., Воронов И.А. Ортопедическое лечение больных с полным отсутствием зубов. Издательство “МЕДпресс-информ”, 2006. Yükləmək (PDF – 4.86 Mb) |
![]() |
Хэннинг Вульфес Современные технологии протезирования. Yükləmək (PDF – 67.7 Mb) |
![]() |
Калинина Н.В., Загорский В.А. Протезирование при полной потере зубов. (2-е изд.) Издательство “Медицина”, Москва, 1990. Yükləmək (PDF – 3.13 Mb) |
![]() |
Джон А.Хобкек, Роджек М.Уансон, Ллойд Вж.Дн. Сизн Руководство по дентальной имплантологии. Издательство “МЕДпресс-информ”, Москва, 2007. Yükləmək (PDF – 7.59 Mb) |
![]() |
Робустова T. Г. Хирургическая стоматология. (2-е изд.) Издательство “Медицина”, Москва, 2000. Yükləmək (PDF – 136 Mb) |
![]() |
Тимофеев А.А. Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. Издательство “Червона Рута-Туре”, Киев, 2002. Yükləmək (PDF – 41.7 Mb) |
![]() |
Аболмосов Н.Г., Аболмосов Н.Н. Ортодонтия. Издательство “МЕДпресс-информ”, Москва, 2008. Yükləmək (PDF – 40.5 Mb) |
![]() |
Уильям Р. Проффит Современная ортодонтия. Издательство “МЕДпресс-информ”, Москва, 2006. Yükləmək (PDF – 69.9 Mb) |
![]() |
В.Н. Трезубов, А.С. Щербаков, Р.А. Фадеев Ортодонтия. Издательство “Медицинская книга”, НГМА, 2001. Yükləmək (PDF – 2.33 Mb) |
![]() |
Персин Л.С. Ортодонтия. Научно-издательский центр “Инженер”, Москва, 1998. Yükləmək (PDF – 46.4 Mb) |
17 şərh var
Şərh yazın
Yüklənir...


















Salam Ferid Doktor.
Bu imtahan kimlere aiddir? Universiteti yeni qurtaran ve ya ozel klinikalarda calisan hekimler de bu imtahana qatila bilerler? Bes kimlere mecburidir?
Salam.
Mən biləni bu qərar, işlədiyi müəssisənin növündən və iş təcrübəsindən asılı olmayaraq, bütün tibb işçilərinə aiddir. Yəni hamı üçün məcburidir. Daha ətraflı və dəqiq məlumat üçün yaxşı olardı ki, “Qərarı” yükləyib, diqqətli oxuyasınız.
Salam.
Men rus dilini bilmirem, sizde bunun azerbaycan dili olan kitablari varmi?
Təəssüflər olsun ki, bu kitabların Azərbaycan dilinə tərcüməsi yoxdur. Bu rus dilində kitabları Səhiyyə Nazirliyi seçib, bunun üçün də etirazınızı onlara bildirə bilərsiniz.
Salam.
Sertifikasiyadan keçmək barədə bizə iş yerimizden melumat verilecək, yoxsa özümüz səhiyyə nazirliyinə müraciət etməliyik?
916-ci sualın cavabı “çənə cisminin aşağı kənarı”. Cavablarda isə yoxdur.
Salam!
Men kurort sahesinde isleyen kordioloq hekimem. Ancaq kordioloqlara aid test suallarinda xestexanalarda isleyen hekimlere aid suallardi. Men xesteye diaqnoz vermirem, derman yazmiram. Bu imtahan menim neyime lazimdi?
Neye gore suallar rus edebiyyatindan salinir? Biz Rusiyada yasayiriq? Yoxsa orda tehsil almisiq???
Kimdə hazir cavablar var, xahiş edirəm emailimə göndərin. Dəqiq olsun.
Allah sizden razi olsun.
Samire, guya bilmirsen Azerbaycanda veziyyet ne yerdedi? Cox teessüf ki, bu hal hazirda beledir, mecburuq diger edebiyyatlardan istifade edek. Bu sehifeni burda yerleşdiren qardaşimiz kimi insanlar ne qeder çox olsa, bu problemlerde tez hell olar.
Stomatologiyaya aid testleri hardan tapa bilerem?
Dostlar, şərhləriniz ucun cox sag olun. Bir hekim yoldasimiz var, oftalmoloqdur. Bu yaxınlarda imtahani gozlenir. Xahis edirem bilen var mi? Sehiyye Nazirliyinin test imtahanlari ile elaqedar kitablari ve oftolmoloq testlerini (online versiyalarini) pulsuz olaraq hardan ve nece yuklemek olar?
Evvelceden minnetdaram.
Çox xahiş edirəm, kimdə varsa, stomatologiya ixtisası üzrə sualları və onların cavablarını mənim bu elektron ünvanıma göndərin : ramin@oti.az. Əvvelcədən minnətdarlıqımı bildirirəm.
Cox xahiş edirəm, kimdə varsa, stomatologiya ixtisasi üzrə suallarin cavablarini mənim bu elektron ünvanıma göndərin: selena.bagirova@mail.ru
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Salam.
(Hekim) Lobaratoriya ishi uzre sertifikasiya test suallarinin cavablarini cox xahish edirem kimde varsa mene gonderin.
ayka_az@mail.ru
Ayka xanım, siz əvvəl lAboratoriya sözünü necə yazmaq lazım olduğunu öyrənin. Bisavadlığın dərəcəsinə bir bax, guya bu indi həkimdir, heç işlədiyi yerin necə yazıldığını da bilmir. Bir də sualların cavablarını istəyir, fırıldaq yolla imtahandan keçmək istəyir.
Bax bunur müasir Azərbaycan tibbinin əsl üzü.
Dis texnikleri ucun olan numunevi suallarin cavablarini xahis edirem ramazannabiyev@box.az adresine gonderen olsa sevinerem.