13 ноября 2009, Пятница

RollyBrush

rollybrushKariyesin əmələ gəlməsinin ən əsas səbəblərindən biri insanların tənbəlliyidir. Hər gün sadəcə bir necə dəqiqə sərf etməkdən çəkinən insanlar, bunun əvəzində çox problemlərlə üzləşirlər. Onilliklərlə profilaktik stomatologiyada mühüm heç bir dəyişiklik olmamışdır, ənənəvi diş fırçaları və pastalar kariyeslə mübarizədə əsas vasitə olaraq qalır. Ancaq insanların dişləri ilə əlaqəli problemləri heç azalmır. Müxtəlif gigiyenik qarqaralar, elektrikli diş fırçaları, antikariyes tərkibli saqqızlar, diş sapları, irriqasiya alətləri kimi vasitələr də insanların tənbəlliyinə çarə olmadılar.
rolly-brushVə bu məqamda gənc italyan dizaynerin ağlına diş fırçası ilə saqqızı birləşdirmək ideyası gəlir. Saqqız kimi çeynənilə bilən, amma eyni vaxtda fırça kimi diş səthini təmizləmə xüsusiyyətinə malik olan bu kəşfə RollyBrush adı verildi. Yumşaq, rezinə oxşar materialdan hazırlanan və incə çıxıntıları olan RollyBrush, müxtəlif dadlarda istehsal edilir. Çeynənildiyində, diş pastalarının da tərkibində olan, bəzi təmizləyici və dezinfeksiya edici maddələr ağız boşluğuna yayılaraq həm kimyasal, həm də mexaniki təmizləmə effektləri bir-birini tamamlayırlar. Mütəxəssislər tərəfində effektivliyi yoxlanılan və müsbət rəy alan bu təmizləmə vasitələri üçün patent alınır və istehsalına başlanır. İstifadəsi çox asan və zəhmətsiz olduğu üçün qısa müddətdə populyarlaşan RollyBrush artıq bütün Avropa ölkələrində satılır. Hal-hazırda Yaponiyada çox dəbdə olan bu vasitənin, gələcəkdə ağız gigiyenası problemini həll edəcəyinə ümid edilir.



Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...