23 сентября 2008, Вторник

Caspian Orthodontic Journal

Caspian Orthodontic Journal Azərbaycan stomatologiyasında əlamətdar bir hadisə baş verib — «Xəzər Ortodontik Jurnalı»-nın ilk nüsxəsi nəşr olunub. Pulsuzdur, əlinizə düşsə, oxuyun. Daha doğrusu baxın. Baxılası jurnaldır. Mən 3 nüsxəsini almışam — biri işdə, biri evdə, birini də yanımda gəzdirirəm.

104 səhifəlik jurnalda ortodontiya ilə yaxından-uzaqdan əlaqəli 5 məqalə var (buna da şükür). Bəs qalanı nədir?

Təmbəllik etmədim, saydım — qalan boş yerlərdə jurnalın redaktoru, Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin içtimai əlaqələr müdiri, Respublika Uşaq Stomatoloji Mərkəzi-nin Həmkarlar Komitəsinin sədr müavini, Gürcüstan Stomatoloji Assosiasiyasının 2007-ci il «Azərbaycan və Gürcüstan arasındaki stomatoloji əlaqələrin möhkəmləndirilməsindəki nəaliyyətinə görə» xüsusi kubokunun sahibi, Respublika Həmkarlar Komitəsinin 2008-ci il «Fəxri Qramotası»-nın sahibi, Ə.Əliyev adına ADHTİ-nin Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi Zaur Əliyevin tam 49 (!) foto şəkili var.

49!

Mündəricatı və reklamları çıxandan sonra qalan 70 səhifədə sadəcə 49 portret. Məncə azdır. Təklif edirən jurnalın növbəti nömrəsi albom formatında çıxsın.



Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...