‘Təqdimat’ kateqoriyasındakı yazılar:

Yumşaq protezlər

            13 Fevral 2009, Cümə

Son iki ildir mən heç normal akril yada büqel protez düzəltmirəm. Bunun səbəbi isə keyfiyyət və rahatlıq nöqteyi-nəzərdən bunlardan çox daha yaxşı olan yumşaq neylon və ya termoplastik protezlərin olmasıdır. Köhnə növ diş protezlərin əksər mənfi cəhətlərini bərtərəf edən bu protezlərə tələb getdikcə artır və bununla əlaqədar verilən suallara cavab vermək ehtiyacı yaranıb.

Diş bəzəkləri

            5 Dekabr 2008, Cümə

2001-ci ildə Dr. Zaur Zeynalov WEOC Beynəlxalq Konqresində iştirak etmək üçün Cənubi Koreyanın paytaxtı Seula getmişdi və orda təşkil olunan stomatoloji sərgidən dişlər üçün xüsusi bəzəklər almışdı. O vaxtdan bəri mən Akemi markalı müxtəlif bəzəklərini əsasən cavan qızların dişlərinə tətbiq edirik. Bu bəzəklər brilyant, topaz, sirkon, qızıl, ağ qızıl və bunların kombinasiyalarından hazırlanıb və müxtəlif [...]

Overdenture

            14 Sentyabr 2008, Bazar

6 il əvvəl overdenture (diş üstü çıxan protez) düzəldilib. Bir necə il sonra dəstək dişlərdən biri paradantoz səbəbilə çəkilib. Pasiyent bizə müraciət etdiyində alt sol 3-cü diş (33) protezlə bərabər sərbəst çıxırdı. Alt çənə sümüyünün alveolar çıxıntısında olduqca böyük atrofiya müşahidə edildi. Diş üstündəki ataçmentlə bərabər protezdən ayrıldı. Protez rebase edilərək müvəqqəti olaraq pasiyentə istifadə [...]

# 1

            22 Yanvar 2008, Çərşənbə axşamı

51 yaşlı xanım, sol üst 1-ci premolyarda (24) ağrı ilə müraciət edib. Diş bir necə il əvvəl müalicə edilib və metal-keramik qapaqla bərpa edilib. İntraoral müayinədə dişin anomal duruşda (mezio-distal dönmə) olduğu təyin edildi. Perkussiyada ağrı, diş kökü ucu səviyyəsində şişkinlik, palpasiyada minimal hərəkətlilik müayinə edildi. Radiovizioqrafik (CDR DICOM, Schick Technologies Inc.) olaraq 24-ci dişin [...]