‘Təqdimat’ kateqoriyasındakı yazılar:

Metalsiz keramika

            14 Dekabr 2009, Bazar ertəsi

Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif [...]

#4

            4 Dekabr 2009, Cümə

Əvvəlki yazılarımda (1, 2, 3) stomatologiyada iyatrojenik səhvlərin bir necə nümunəsini təqdim etmişdim. Amma bəzi hallarda pasiyentlərin həkimin məsləhətinə diqqət etməməsi nəticəsində də ciddi problemlər ortaya çıxa bilər.
Üst sağ birinci premolyarında (14) ağrı şikayəti ilə müraciət edən pasiyentə, dişin təcili müalicə olunması təklif olunsa da, pasiyent “Mənim dişlərin sağlamdır, heç bir şey olmaz” deyərək müalicədən [...]

Qeyri adi pasiyent

            26 Noyabr 2009, Cümə axşamı

sırğalar
burunda pirsinq
dildə pirsinq

Bundan başqa göbəkdə və qaşda da pirsinq var, amma təbii ki, onlar bu rentgendə görünmürlər. Və ən maraqlısı da odur ki, pasiyentin 48 yaşı var.

#3

            29 Aprel 2009, Çərşənbə

28 yaşlı xanım, sağ üst 2-ci premolyarda (15) ağrı ilə bizə müraciət edib. Diş bir necə ay əvvəl müalicə edilib və plomblanaraq bərpa edilib. Plomblanmadan bir necə həftə sonra dişin üst qismi qırılıb. Pasiyent müalicə edən stomatoloqa müraciət edib, amma bir nəticə alınmayıb və bu vəziyyətdə qalıb. Bizə müraciətdən bir necə gün əvvəl üst sağ [...]

Valplast (инструкция)

            12 Mart 2009, Cümə axşamı

Yumşaq protezlər haqqındakı yazımızdan sonra bir necə həkim bizə bəzi texniki məsələlər barəsində suallar göndərib. Hətta bir diş texniki bu protezlərin düzəldilməsi haqqında məlumat almaq istəyir. Bütün bu suallara ayrı-ayrı cavab yazmaq yerinə, Valplast markalı neylon protezlərin bəzi texniki xüsusiyyətləri və texniki üsullarını burda izah etməyə cəhd edəcəyik.

# 2

            21 Fevral 2009, Şənbə

33 yaşlı xanım, alt sol 2-ci premolyarda (35) ağrı ilə müraciət edib. Anamnezdə dişin bir il əvvəl müalicə olunduğu və mütamadi ağrıların təkrarlandığı aşkar olundu. İntraoral müayinədə perkussiyada ağrı, 34-35 interdental aralıqda şişkinlik, palpasiyada minimal hərəkətlilik müayinə edildi. Radiovizioqrafik (CDR DICOM, Schick Technologies Inc.) olaraq 35-ci dişin medial tərəfində yad cisim (təxminən perforasiya nəticəsində periodontal [...]

WhiteLight diş ağardıcı dəst

            7 Fevral 2009, Şənbə

Daha öncə PhotoShopta dişlərinizi necə bəyazlatmağı izah etmişdik. İndi isə həqiqətən dişlərinizə asan şəkildə ağartmaq üçün yeni bir sistemi təqdim edirik.
Müasir peşəkar diş ağartma sistemlərinin əsasını, diş minasına aktiv oksigen ilə təsir edərək, səthi təbəqələrə hopmuş piqmentasiyanı mümkün olduğu qədər yox etməkdir. Bunu da ən təhlükəsiz şəkildə ya Carbomide Peroxide, ya da Hydrogen [...]