‘Diş-miş’ kateqoriyasındakı yazılar:

Növbəti seminar

            17 Dekabr 2009, Cümə axşamı

20 dekabr 2009-cu il saat 10:00-da Xəzər Universitetinin Bəşir Səfəroqlu küçəsi 122 ünvanında yerləşən binasın akt zalında, Azərbaycan Ortodontlar Dərnəyi tərəfindən təşkil olunan “Retensiya olunmuş dişlərin müayinəsi və müalicəsi” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
Bütün stomatoloqlar dəvət olunur. İştirak pulsuzdur.

Qeyri adi pasiyent

            26 Noyabr 2009, Cümə axşamı

sırğalar
burunda pirsinq
dildə pirsinq

Bundan başqa göbəkdə və qaşda da pirsinq var, amma təbii ki, onlar bu rentgendə görünmürlər. Və ən maraqlısı da odur ki, pasiyentin 48 yaşı var.

RollyBrush

            13 Noyabr 2009, Cümə

Kariyesin əmələ gəlməsinin ən əsas səbəblərindən biri insanların tənbəlliyidir. Hər gün sadəcə bir necə dəqiqə sərf etməkdən çəkinən insanlar, bunun əvəzində çox problemlərlə üzləşirlər. Onilliklərlə profilaktik stomatologiyada mühüm heç bir dəyişiklik olmamışdır, ənənəvi diş fırçaları və pastalar kariyeslə mübarizədə əsas vasitə olaraq qalır. Ancaq insanların dişləri ilə əlaqəli problemləri heç azalmır. Müxtəlif gigiyenik qarqaralar, elektrikli [...]

Семинар 3M Espertise Workshop

            26 Oktyabr 2009, Bazar ertəsi

При содействии фирмы Arash и российского учебного центра “Амфодент“, бакинское представительство 3M ESPE провело 2-х дневный семинар по теме “Алгоритм восстановления фронтальной и жевательной группы зубов. Повышение качества эстетических рестоавраций с применением современных технологий и материалов.” Лекции и практические демонстрации проводила врач-консультант фирмы 3M ESPE (3М Россия), ассистент кафедры стоматологии медицинского факультета Санкт-Петербургского гос. университета, [...]

Ortoqnatiya seminarı

            28 İyun 2009, Bazar

Azərbaycan Ortodontlar Dərnəyinin saytında elan olunmuş seminarda əlliyə yaxın stomatoloq iştirak etdi. ÖSFMOA dəstəyi ilə Dr. Zaur Zeynalov tərəfindən təşkil olunan seminar Xəzər Universitetinin zalında keçirildi. Mövzunun qeyri adi olmasına baxmayaraq, bu seminar çox uğurlu keçdi.

Stomatoloji jurnallar

            14 İyun 2009, Bazar

Tanış diş həkimləri və tələbələr məndə stomatologiyaya aid çox sayda kitab, CD və jurnal olduğunu bildikləri üçün, bəzən onları məndən oxumaq üçün alırlar. Daha doğrusu alırdılar, çünki son vaxtlar heç bir kitabı və ya jurnalı heç kimə verməməyi qərara aldım. Səbəbi də çox sadədir – alınan kitablar və məcmular geri qaytarılmır. Nəzərə alsaq ki, Azərbaycanda [...]

WhiteLight diş ağardıcı dəst

            7 Fevral 2009, Şənbə

Daha öncə PhotoShopta dişlərinizi necə bəyazlatmağı izah etmişdik. İndi isə həqiqətən dişlərinizə asan şəkildə ağartmaq üçün yeni bir sistemi təqdim edirik.
Müasir peşəkar diş ağartma sistemlərinin əsasını, diş minasına aktiv oksigen ilə təsir edərək, səthi təbəqələrə hopmuş piqmentasiyanı mümkün olduğu qədər yox etməkdir. Bunu da ən təhlükəsiz şəkildə ya Carbomide Peroxide, ya da Hydrogen [...]