15 декабря 2008, Понедельник

İçərişəhərli tutuquşular

Bakı həqiqətən çox qəribə bir yerdir. İllərdir yaşadığımız və hər yerini bildiyimizi düşündüyümüz şəhərdə hələ təzə bir şeylə qarşılaşmaq mümkündür ki, lap mat qalırsan. Şəhərin mərkəzində, İçəri Şəhərdə sanki bir tropik meşəsindəki kimi tutuquşuların yaşadığını bilirsiniz mi? 7-8 quşdan ibarət bir dəstə orda çox rahat və sərbəst yaşayır. Özüm görməsəydim, mən də inanmazdım. Həm də bunlar adi ev tutuquşuları deyil, əsl vəhşi quşlardır. Ən maraqlısı isə odur ki, tutuquşuları Nyu-Yorkda da artıq şəhər quşları olmağa başlayıblar.
İçərişəhərli yaşlı bir kişi dedi ki, bunlar burda çoxdan yaşayırlar, bir necə ildir. Əvvəl 3 quş idi, indi çoxalıblar. Keçən ilin qarlı qışında onlara heç nə olmayıb, indi də olmaz. Demək ki, şəraitləri yaxşıdır ki, bugünkü kimi soyuq günlərdə də yaşaya bilirlər.

İnanmayanlar başqa şəkillərə və videoya baxa bilərlər.

UPDATE 10 aprel 2010: bu şəkillər 1,5 il əvvəl çəkilib, amma hal-hazırda tutuquşları artıq İçəri Şəhərdə deyil, yeni təmir olunmuş Filarmoniya parkında (köhnə adıyla Qubernator bağı) məskunlaşəblar. Həm də özlərini əvvəlkindən də yaxşı hisedirlər.

Bakı, Filarmoniya bağı, aprel 2010 Bakı, Filarmoniya bağı, aprel 2010 Bakı, Filarmoniya bağı, aprel 2010



1 şərh var


  1. Sevinc -

    Bu tutuqushu ne qashqabaqli gorsenir, deyesen Baki onu da deyishib:))


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...