23 ноября 2008, Воскресенье

Quşbazlar

Deyirlər Bakının ruhu ölüb. Deyirlər bizim zəmanədə artıq romantiklər qalmayıb. Deyirlər insanlar köbudlaşıblar.
Nə yaxşı ki, bu belə deyil. Nə yaxşı ki, hələ də həvəsli insanlar var. Nə yaxşı ki, köhnə həyat tərzimiz hələ də qorunur.

Hər bazar günü, səhər saat 6-dan 11-ə qədər, Cavanşir körpüsünün yanında (keçmiş Qaqarin körpüsü), dəmir yolunun kanarında quşbazlar yığışırlar. Bütün şəhərin həvəskarları, Bakı kəndlərinin əməkdar quşbazları bura gəlirlər.
Göyərçin ya da döyüş xoruzlarını satan olur, dəyişdirən olur, bağışlayan olur, amma əksər insanlar sadəcə gəzir baxırlar. Əslində guya al-veri üçün yığışırlar, ancaq əsas al-ver deyil, əsas söhbətləşməkdir, dərdləşməkdir, özləri kimi həvəskarlarla görüşməkdir. Danışırlar, gülürlər, kimi quşlarını tərifləyir, kimi keçmiş günləri yada salır. İndiki Bakının tamahkarlığı yoxdur ora yığışan insanlarda, hər gün qarşılaşdığımız gözüdoymazlıqdan uzaqdır bu yer. Həmdə nə qazanarsan ki göyərçin sataraq?

Mən nə quşbazam, nə də göyərçinlərdən başım çıxır, amma bugun ordaydım. Gəzdim, baxdım, söhbətlərə qulaq asdım. Sizdə baxın…

azerbaijan photos img
azeri foto pic
azeri photo
baki wekiller
azerbaycan shekil
baku pictures
azerbaycan baki
azerbaycan sekilleri
baku images
baku azerbaijan


Gedib baxmaq istəyənlər üçün xəritə.



11 комментариев


  1. Sevinc -

    Budan xebersiz idim. Nə yaxşı ki, bu sadə insanların ruhu yorulmayıb.
    Duyğulandım, çox sağ olun bölüşdüyünüz üçün!


  2. Ayla -

    Doktor, bu yazi ucun cox sag olun. Urek acan sheyler o geder azdir ki, bele sheyler eshidende sevinirem.


  3. Sevinc -

    Planlaşdırdım bir bazar mən də gedim 🙂


  4. Seymur A. -

    Var da hələ romantiklər.
    Sevinc xanım, siz ora gedməyin, quşbazlar və xoruz döyüşdürənlər arasında xanımlara yer yoxdur.


  5. Sevinc -

    Necə yəni yer yoxdur? Bax heç bundan xəbərim yox idi 🙂
    Mənə də maraqlı gəlir axı 🙂


  6. Dr. FZ -

    Doğurdan da orda xanımlar yox idi. Ora heç xanıma uyğun bir yer deyil axı — dəmir yolunun kanarı, körpünün altı, qarajların arasında.


  7. Sevinc -

    Bunun üçün bir şey fikirləşib tapmaq olar:)


  8. Tural -

    Salam.
    Men qusbazam bu isi gormekdende zovqaliram.
    Birdeki qus bazari tekce Cavansir korpusunun yaninda olmur Sabuncuda da var.
    Kim deyirki qusbazlar arasinda xanimlara yer yoxdu sefdi sabuncuya geden orda xanimlarinda olduqunu gorer.


  9. Dr. FZ -

    Sabunçuda quşbazlar harda yığışırlar? Və haçan?


  10. Ferid Qasimov -

    SALAM.
    Men xoruz saxlayiram, hem de dalasdiriram. Men bunu hobbi hesab edirem. Onu da bilirem ki, bu cox pis hobbidir, cunki eziyeti men yox, xoruz gorur.
    ALLAH hamimizin gunahindan kecsin.


  11. orxan ceferli -

    men de qus saxlayiram. 50 ye yaxin quwum var. cox yaxsi seydi, adamin eseblerin sakitlesdirir.


Şərh yazın


Bu TAG-ləri istifadə edə bilərsiniz:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>



Yüklənir...