İyun 2008 tarixinə aid yazılar:

Hərbi parad

            26 İyun 2008, Cümə axşamı

Bir müddətdir hər səhər evimizin ətrafında yığışan çox sayda əskərlərin səsindən oyanırdıq. Amma hələ bilməyin ki biz bundan narazıydıq. Yox. Çünki biz bu əskərlərin və hərbi texnikanın küçəmizdə niyə yığıldığını bilirdik.  Üstümüzdən uçan təyyarələr və yollarımızın bağlı olması bizi heç də narahat etmirdi. Əksinə, biz sevinirdik.
Və nəhayət bu gün (26.06.08) Azərbaycan Ordusu günündə Azadlıq meydanında [...]