MilliNet 2009
Фотовыставка “Yeddi”
Наконец-то открылась долгожданная фото выставка «Yeddi – The Seven». Как ни странно, в отличие от большинства наших мероприятий, открытие состоялось почти во время, т.е. с опозданием всего на 20 минут. Уже только это вызвало протест опоздавших большое удивление. Официальная часть тоже была недолгой, что тоже не могло не радовать собравшихся. Присутствие некоторого количества местных селебрити не очень отвлекло пришедших, и они сразу же расталкивая друг друга ринулись в зал, где были представлены фотографии.
На выставке, которая кстати будет открыта в течение месяца, представлены работы 7-ми, хоть и молодых, но уже довольно известных в узких кругах фотографов: Эльнура Бабаева, Фахрии Мамедовой, Илькина Гусейнова, Рены Эфенди, Сергея Хрусталева, Ситары Ибрагимовой и Тахмины Ахмедовой.
Обществу Фотографов Азербайджана в очередной раз удалось при ограниченных возможностях достичь максимального результата. И вообще, Асият Фатуллаева блистала.
Выставленные фотографии очень интересны, поэтому советую посетить выставку и убедиться в этом самостоятельно. Тем более, что вход бесплатный стоит всего 5 АЗН. Davamı »
Növbəti seminar
20 dekabr 2009-cu il saat 10:00-da Xəzər Universitetinin Bəşir Səfəroqlu küçəsi 122 ünvanında yerləşən binasın akt zalında, Azərbaycan Ortodontlar Dərnəyi tərəfindən təşkil olunan “Retensiya olunmuş dişlərin müayinəsi və müalicəsi” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
Bütün stomatoloqlar dəvət olunur. İştirak pulsuzdur.
Cücələrim – bir mahnının tarixcəsi
Metalsiz keramika
Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növ ola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid və sirkon-dioksid əsaslı. Metalsız qapaqların əsas üstün cəhətləri bunlardır:
- Son dərəcə yüksək estetik keyfiyyətlərə malikdirlər – görünüş, rəng, şəffaflıq və parlaqlıq nöqteyi-nəzərindən təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Bunun üçün də qabaq dişlərin bərpasında ideal nəticələr əldə edilir;
- Bioloji uyğunluqları yüksəkdir – tamamən ətalətli və qeyri toksik kimyasal tərkibi ilə həm sərt, həm də yumşaq toxumalara qətiyyən heç bir təsir göstərmirlər.
Ən çox istifadə olunan və keyfiyyətini çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü sirkon-dioksid əsaslı qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə yüksəkdir.
Yazının davamında sirkon-dioksid əsaslı estetik restavrasiya hazırlanma mərhələləri və yekün nəticə göstərilib.
Təzələmələr
Bloqun bəzi köhnə yazılarında dəyişmələr və əlavələr edildi.
- “Beşmərtəbə” yazısında çox sayda yeni şəkil və maraqlı məlumat əlavə olundu, bəzi dəqiqləşdirmələr aparıldı. Bu yazıya olan şərhlər də çox maraqlıdır.
- “Профилактика гриппа A(H1N1)” yazısına da çox sayda təzə məlumat əlavə olundu. Şərhlərdə mövzu ilə əlaqəli bəzi suallara cavab verildi.
- Bir həkim oxucumuzun göndərdiyi linklər əsasında “Dental Adventure və sair…” yazısına 9 yeni oyun əlavə edildi.
- “Ağrıkəsici dərmanlar” yazısında bəzi xırda düzəlişlər oldu.
- Əməkdaşlıq etdiyimiz şirkətlərin siyahısı dəyişdiyi üçün, “Partnyorlarımız” yazısına müvafiq əlavələr edildi və lazım olan düzəltmələr aparıldı.
Ayrıca bloqda bəzi texniki dəyişikliklər oldu.
- Əsas odur ki, WordPress-in ən yeni, 2.8.6. versiyası quruldu.
“WP Super Cache” plugini əlavə edildi və bloqun açılma sürəti əhəmiyyətli dərəcədə azaldıldı. - Serverdə ZLIB sıxışdırma funksiyasını (zlib output compression) istifadə edərək, bloq səhifələrinin bu funksiyanı dəstəkləyən səyyah proqramlarda daha tez yüklənməsi təmin olundu.
- “WP AntiVirus” plugini vasitəsilə bloqun bütün faylları mütəmadi olaraq yoxlanılır və təhlükəsizlik təmin edilir.
- Bloq yazılarını nüsxələnmədən qorumaq və axtarış sistemlərində indeksləşməsini təkmilləşdirmək üçün “Canonical URL’s” plugini vasitəsilə yeni canonical funksiyası əlavə olundu.

























